“Azərbaycanın müstəqilliyinə qarşı hər an təhlükə yarana bilər” – deputatdan ŞOK AÇIQLAMA

“Azərbaycanın müstəqilliyinə qarşı hər an təhlükə yarana bilər” – deputatdan ŞOK AÇIQLAMA
14:58 7 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda “Azəri-Türk” Qadınlar Birliyi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” mövzusunda konfrans keçirib.

Publika.az xəbər verir ki, tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyinə həsr olunub.

Tədbirdə “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Milli Məclisin deputatları – Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fəzail İbrahimli, sabiq millət vəkili Sabir Rüstəmxanlı və digər şəxslər iştirak edib.

Çıxış edən “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib ki, konfransın keçirilməsində məqsəd 25 illiyinin qeyd olunacağı Azərbaycan dövlətinin müstəqilliyi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır:

“Oktyabrın 18-də Azərbaycan dövlətinin müstəqilliyinin bərpa olunmasının 25 ili tamam olacaq. Bu dövr ərzində Azərbaycan dövləti xarici siyasət sahəsində böyük və şərəfli inkişaf yolu keçib. Bu yolda Azərbaycan dövləti sosial-iqtisadi sahələrdə də inkişaf edib, müasirləşib, beynəlxalq tədbirlərin ünvanı olub”.

T.Rüstəmxanlı qeyd edib ki, Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı “Azəri-Türk” Qadınlar Birliyi tərəfindən İstanbulda da elmi konfrans keçiriləcək. Onun sözlərinə görə, “Savalan” qrupu tərərfindən Şah İsmayıl Xətainin şeirləri səhnələşdiriləcək:

“Bu günkü tədbir də bu tədbirlərin başlağıcıdır”.

Millət vəkili Fəzail İbrahimli isə bildirib ki, 1991-ci ilin 18 oktyabr tarixi hər bir Azərbaycan tarixi üçün qürur mıənbəyidir:

“Azərbaycanın müstəqillik tarixi hər bir azərbaycanlının qəlbində yaşamalıdır və yaşayır. Heç kəsdə belə fikir yaranmamalıdır ki, Azərbaycan xalqı qəfil ayılıb, müstəqillik əldə etdi. 70 il Sovet İmperiyasının əsarətində yaşamağımıza baxmayaraq, milli ruhu qoruyub saxlamaq asan məsələ deyil. Bunu hər millət bacara bilməz. Sovet əsarəti dövründə Azərbaycanda milli ruh Sabir Rüstəmxanlı kimi şairlərin və yazıçıların sayəsində qorunub saxlanıldı”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycanda müəyyən daxili problemləri qabardıb, müstəqilliyimizi təhlükə altına atmamalıyıq:

“Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi üçün yaranan təhlükə bu gün də qalır. Azərbaycanın müstəqilliyinə qarşı hər an təhlükə yarana bilər. Azərbaycan xalqı şəhid verərək müstəqilliyini bərpa edib. Ona görə də o qara günləri yaddan çıxartmaq lazım deyil”.

Hazırda tədbir çıxışlarla davam edir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR