Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Cəld ol" deyən avtobus sürücüsünü bıçaqladılar - FOTO

"Cəld ol" deyən avtobus sürücüsünü bıçaqladılar - FOTO

Date: 7 October 2016 15:05

Türkiyədə bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, Konyada 19 yaşlı oğul və atası avtobus sürücüsünü döyüb, sonra da bıçaqlayıblar. Onlar avtobusun şüşələrini də qırıb qaçsalar da, qısa müddətdə polislər tərəfindən saxlanılıblar.

İddialara görə, 19 yaşlı oğul avtobusa minərkən sürücü onun cəld olmasını tələb edib. Onlar arasında mübahisə yaranıb. Oğul telefonla atasını çağırıb. Atası maşını ilə avtobusun qarşısını kəsib. Ata-oğul sərnişinləri avtobusdan düşürdükdən sonra sürücünü döyüblər.

Ağır bədən xəsarətləri alan sürücü xəstəxanalıq olub. Onun vəziyyəti normaldır.

Milli.Az




Tags:  Cəld ol deyən avtobus sürücüsünü bıçaqladılar FOTO

RƏYLƏR


Top news