IDEA "Yaşıl söhbət klubu" çərçivəsində növbəti görüş keçirilib - FOTO

IDEA "Yaşıl söhbət klubu" çərçivəsində növbəti görüş keçirilib - FOTO
15:05 7 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Gənclərin ekoloji məsələlərə cəlb edilməsi və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi "Yaşıl söhbət klubu" (Green Conversation Club) layihəsi çərçivəsində növbəti görüş keçirib.

Milli.Az bildirir ki, IDEA-dan Trend-ə verilən məlumata görə, görüş oktyabrın 6-da IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 30 nəfərə yaxın könüllünün iştirakı ilə baş tutub.

Ümumdünya Ərzaq günü ilə əlaqədar olaraq budəfəki Klubun mövzusu kompostlaşdırmaya həsr olunub və ABŞ-ın Azərbaycandakı səfirliyindən xüsusi qonaq Kelli Tillett tərəfindən mövzu ilə bağlı geniş təqdimat keçirilib. Sonra gənclər kompostlaşdırma ilə bağlı qısa videoçarxlar izləyərək təəssüratlarını bölüşüb, ev şəraitində qida tullantılarından istifadə edərək təbii gübrə hazırlamağı öyrənib və müzakirə ediblər.

IDEA İctimai Birliyi Yaşıl Söhbət klubu layihəsinə gənc ekoloqların ətraf mühitlə bağlı biliklərini və onların xarici dil (ingilis dili) səviyyələrini təkmilləşdirmələri məqsədi ilə 2012-ci ilin iyun ayında start verib. Yaşıl söhbət klubu ilk gündən ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan tələbə və gənc mütəxəssislərin ingilis dilində söhbət etdiyi rahat tədris məkanı olub.

Həm ekoloji, həm də ingilis dili biliklərini eyni vaxtda inkişaf etdirmək istəyən şəxsləri hər ay ətraf mühitlə bağlı müxtəlif mövzulara həsr ediləcək Yaşıl söhbət klubuna qoşulmağa dəvət edirik. Klubun görüşləri barədə IDEA-nın internet resurslarında (www.ideacampaign.org, www.instagram.com/idea_public_union və https://www.facebook.com/ideacampaign.org) mütəmadi olaraq məlumat veriləcək.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR