Natiq Əliyev XXIII Beynəlxalq Enerji Konqresində iştirak edəcək

Natiq Əliyev XXIII Beynəlxalq Enerji Konqresində iştirak edəcək
15:05 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrakın dəvəti ilə Azərbaycanın energetika naziri Natiq Əliyev 9-13 oktyabr tarixlərində İstanbulda keçiriləcək XXIII Beynəlxalq Enerji Konqresində iştirak edəcək.

Milli.Az bildirir ki, Azərbaycan Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, energetika və təbii sərvətlər naziri Berat Albayrak tərəfindən ünvanlanan məktubda deyilir: "Geostrateji baxımdan fərqli ölkələri birləşdirən Türkiyənin əsas hədəflərindən biri enerji mərkəzinə çevrilməkdir. İstanbul qlobal enerji məsələlərinin müzakirəsi və dünya miqyaslı enerji liderlərinə ev sahibliyi etməsi üçün də uyğun bir məkandır. Konqresə qatılaraq fikirlərinizi türk və beynəlxalq ictimaiyyətlə bölüşməyiniz bizi şərəfləndirəcək".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, bu ölkənin enerji və təbii sərvətlər naziri Berat Albayrakın ev sahibliyi və 80 ölkədən 266 nümayəndənin iştirakı ilə baş tutacaq konqres çərçivəsində 60 iclas keçiriləcək.

Konqres çərçivəsində N.Əliyevin Balkan ölkələrinin energetika nazirləri ilə də görüşü nəzərdə tutulub. Türkiyə, İtaliya, Yunanıstan, Albaniyanın energetika nazirləri ilə planlaşdırılan görüşdə "Cənub Qaz Dəhlizi"nin icra vəziyyəti və layihənin vaxtında yekunlaşdırılmasını zəruri edən məsələlərlə əlaqədar fikir mübadiləsi aparılacaq.

1924-cü ildən bəri 3 ildən bir təşkil olunan Beynəlxalq Enerji Konqresi bu dəfə Türkiyədə "Yeni sərhədlərə çıxış" mövzusunda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/477087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR