21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatında son oyununu keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatında son oyununu keçirəcək
15:22 7 Oktyabr 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün son oyununu keçirəcək.
"Report"un məlumatına görə, rəqib Finlandiya yığması olacaq.
Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda Helsinki şəhərindəki “Töölön Jalkapallostadion”da meydana çıxacaq.
9 oyundan 8 xal toplayan yığma 7-ci qrupun 4-cü pilləsində qərarlaşıb. Komanda son oyunda qalib gələcəyi təqdirdə qitə turnirini 11 xalla başa vuracaq. Lakin bu qələbə yığmanın irəliləməsinə kömək etməyəcək. Çünki ən yaxın qonşu Finlandiyanın aktivində 12 xal var. Bu halda Azərbaycanla eyni xala sahib Rusiya qarşıdakı 2 oyunda 3 xal toplaya bilməsə, yığma turniri 4-cü pillədə bitirəcək.
Buna baxmayaraq, U-21 yığması sabahkı matçda qələbə qazanacağı təqdirdə tarixi nəticəyə imza atacaq. Bu yaş qrupundan ibarət millinin seçmə mərhələlərdə ən çox xalı 9 olub.
Avropa çempionatı, seçmə mərhələ, IX tur
19:30. Finlandiya U-21 – Azərbaycan U-21
Baş hakim: Peter Kjaesgaard-Andersen
Baş hakimin köməkçiləri: Henrik Sonderby, Jakob Bille
Dördüncü hakim: Sandi Putros
UEFA nümayəndəsi: Tomas Karpavicius (Litva)
Hakim-inspektor: Albano Janku (Albaniya)
Helsinki. "Töölön Jalkapallostadion"
Qeyd edək ki, yığma keçirdiyi 8 oyunda 2 qələbə (Farer adaları, 1:0. Rusiya, 3:0) qazanıb və 2 dəfə (Rusiya, 2:2. Farer adaları, 1:1) heç-heçə əldə edib. Komanda 5 oyunda (Avstriya, 0:2; 0:7. Almaniya, 0:3; 1:3. Finlandiya, 0:1) məğlub olub.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/21-yasadek-futbolculardan-ibaret-azerbaycan-yigmasi-avropa-cempionatinda-son-oyununu-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR