"Azərbaycan xəsis komandadır"

"Azərbaycan xəsis komandadır"
15:22 7 Oktyabr 2016
116 İdman
Ölkə mətbuatı
A- A+

Norveç Dünya çempionatının seçmə qrup mərhələsində sabah Azərbaycan millisinin qonağı olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Norveç yığmasının futbolçusu Pol Andre Hellan oyunla bağlı fikirlərini bildirib: "San-Marino ilə oyundan 3 xal götürməliyik. Düşünürəm ki, maksimum nəticə göstərmək istəyiriksə, Azərbaycana da bu məqsədlə getməliyik. Azərbaycan xal baxımından xəsis komandadır. Buna görə də çətin olacaq. Ancaq maksimum nəticə göstərmək istəyiriksə, mübarizədən qalib ayrılmalıyıq. Gücümüz var və bu səbəbdən Azərbaycana qalib gəlməliyik".

Oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç matçı saat 20:00-da başlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR