Azərbaycan qış turizminə hazırlaşır

Azərbaycan qış turizminə hazırlaşır
15:32 7 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qış turizmi ilə bağlı hazırlıq işləri davam etdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib: "Biz dekabrın 15-də mövsümün açılışını nəzərdə tuturuq. Hazırda bütün müəssisələrdə hazırlıq prosesi gedir. Azərbaycanda turizmin inkişafı ilə bağlı strateji bir proqram tətbiq olunub. Əsas məqsədimiz Azərbaycan turizminin və xaricdən ölkəmizə gələn turist axınının mövsümdən asılılığını aradan qaldırmaqdır. Çünki Azərbaycanda hər fəslin özünəməxsus gözəlliyi var".

Ə.Qarayev bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində Azərbaycana gələn turistlərin sayında 12 faiz artım var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR