Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xədicə İsmayılın apelyasiya şikayəti rədd edildi

Xədicə İsmayılın apelyasiya şikayəti rədd edildi

Xədicə İsmayılın kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb (14 Mart 2017 16:27)
Məhkəmə Trampın fərmanı ilə bağlı araşdırmanı dayandırdı (17 Fevral 2017 06:24)
Dələduz bankirin atasının şikayəti rədd edildi - Ali Məhkəmə (15 Fevral 2017 12:13)

Tarix: 7 Oktyabr 2016 15:37

Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə jurnalist Xədicə İsmayılovanın barəsində qanunsuz sahibkarlıqla əlaqədar maddənin ləğv olunması ilə bağlı verdiyi şikayətə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə şikayət təmin edilməyib.

Qeyd edək ki, X.İsmayıl 2014-cü ilin dekabrında mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

X.İsmayıl hökmdən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Ali Məhkəmənin 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verilib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb. Sonra X.İsmayıl onun barəsində CM-nin 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə jurnalistin üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib. Həmin qərardan narazı qalan X.İsmayılın müdafiəçisi Fariz Namazlı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Milli.Az


Teqlər:  Xədicə İsmayılın apelyasiya şikayəti rədd edildi



RƏYLƏR


Top xəbərlər