Uzun müddətdir efirlərə çıxmayan meyxanaçı Rəşad Dağlı "Nəsib olsa" verilişinə qonaq olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi proqramlara qatılmamasının səbəbini açıqlayıb:
"Son zamanlar efir məkanında möhtəşəm layihələr azdır. Əksər verilişlər "palatka" toyuna oxşayır. Toya da ayda 30 dəfə gedirik, verilişə niyə gələk? Bəzi aparıcılar var ki, sənətçinin etibarından sui-istifadə edərək, onun həssas nöqtələrinə toxunurlar".
Milli.Az