Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nardaran hadisələrinə görə tutulan daha bir şəxsin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb

Nardaran hadisələrinə görə tutulan daha bir şəxsin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb

Date: 7 October 2016 15:47

Bakı. 7 oktyabr. REPORT.AZ/ Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
Bu barədə "Report"a N.Qəhrəmanovun vəkili Bəxtiyar Hacıyev məlumat verib.
Vəkilin sözlərinə görə, hazırda cinayət işinin materialları ilə tanış olma mərhələsi başlayıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində həmin şəxslərin cinayət işi üzrə məhkəməsi keçirilir.
N.Qəhrəmanlı və digər şəxslərin cinayət işi ayrı icraata veriləcək.

Tags:  Nardaran hadisələrinə tutulan şəxsin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb

RƏYLƏR


Top news