Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Alim Qasımov yenidən "Ən nüfuzlu müsəlmanlar" siyahısında - FOTO

Alim Qasımov yenidən "Ən nüfuzlu müsəlmanlar" siyahısında - FOTO

Alim Qasımov konsert verdi (10 Mart 2017 10:35)
Alim Qasımov BANM-də - FOTO (06 Mart 2017 11:42)
Alim Qasımov adını sonradan dəyişib - ETİRAF (17 Fevral 2017 17:28)

Tarix: 7 Oktyabr 2016 15:47

Xalq artisti Alim Qasımov yenidən "Ən nüfuzlu müsəlmanlar" siyahısına daxil olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, siyahıda ən nüfuzlu 500 müsəlmanın adı yer alıb. "The Muslim 500-2017" Corctaundakı müsəlman-xristian anlaşma mərkəzinin dəstəyi ilə Əmmanın Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib edilib. 

Siyahı bir neçə kateqoriyaya ayrılıb. Orada göstərilən ilk əlliliyə daha nüfuzlu şəxslərin adları yazılıb. 

Siyahıya din xadimləri, milli və beynəlxalq dini orqanların, hərəkət və təşkilatların rəhbərləri daxildir. A.Qasımov incəsənət və mədəniyyət kateqoriyası üzrə hazırlanan siyahıda 31-ci sıradadır. 

Qeyd edək ki, A.Qasımov dünya səviyyəsində hazırlanan "Ən nüfuzlu müsəlmanlar" artıq üçüncü dəfədir siyahısında yer alır.

Milli.Az



Teqlər:  Alim Qasımov yenidən Ən nüfuzlu müsəlmanlar siyahısında FOTO



RƏYLƏR


Top xəbərlər