Sahib Kərimli: "AXCP-nin Şəki rayon təşkilatında partiyadan çıxarılmağımla bağlı məsələ müzakirə olunub"

Sahib Kərimli: "AXCP-nin Şəki rayon təşkilatında partiyadan çıxarılmağımla bağlı məsələ müzakirə olunub"
15:47 7 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Azərbaycan Xalq Cəbhəsi Partiyasının Şəki rayon təşkilatında partiyadan çıxarılmağımla bağlı məsələ müzakirə olunub. Müzakirələrin yekununda səsvermə keçirilib və partiyadan çıxarılmağım səsvermədə qəbul olunmayıb".
Bunu "Report"a açıqlamasında AXCP sədrliyinə sabiq namizəd Sahib Kərimli deyib.
S.Kərimli bildirib ki, bundan sonra da fəaliyyətini AXCP-də davam etdirəcək.
O qeyd edib ki, hər bir təşkilatda fikir müxtəlifliyi olmalıdır: "Mən siyasətçi kimi cəmiyyət üçün çalışıram. Harada olmağımdan asılı olmayaraq doğrunu söyləyəcəyəm".
Qeyd edək ki, S.Kərimli Milli Şuradan çıxarılıb. Onun qurumdan çıxarılmasına səbəb kimi mitinqlərin əleyhinə olan çıxışları göstərilib.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/sahib-kerimli-axcp-nin-seki-rayon-teskilatinda-partiyadan-cixarilmagimla-bagli-mesele-muzakireye

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR