Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Adi folqa ilə bir çox xəstəlikləri müalicə etmək mümkündür

Adi folqa ilə bir çox xəstəlikləri müalicə etmək mümkündür

Date: 7 October 2016 15:48

Alimlər sübut edib ki, adi folqa kağızı ilə bir çox xəstəlikləri müalicə etmək mümkündür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çin və Rusiya loğmanlar çoxlu sayda xəstəliklərin müalicəsində adi alüminium kağızından çox istifadə edir. Alimlərin sözlərinə görə, alüminium folqa mətbəx xaricində şəfa aləti kimi istifadə edilə bilər.

Alüminium folqa müxtəlif xəstəliklərin müalicəsində, xüsusilə də şiddətli ağrıları aradan qaldırmaq üçün effektiv vasitədir. Bu, boyun, çiyin, diz ağrıları ilə mübarizədə istifadə edə biləcəyimiz ən yaxşı vasitədir.

Bu necə işləyir?

Bu ağrılı hissəyə bir parça alüminium folqa qoyun və onu plastırla möhkəmləndirib yaxşı yapışmasını təmin edin. Bu hərəkətləri 10-12 gün ərzində təkrar edin, bu zaman folqanı hətta gecə də çıxarmaq lazım deyil. Sadəcə, hər gün yenisini qoymaq laızm olacaq. 7 gün fasilə verin və lazım gələrsə, müalicəni təkrar edin.

Alüminium folqa daban mahmızı, radikulit, revmatioid artriti, soyuqdəymə, habelə podaqra kimi xəstəliklərin müalicəsində təəccübləndirici nəticələr göstərir.

5-7 təbəqəli folqanı ayağa bükün, bu zaman hər təbəqə arasında nazik qat pambıq qoyun. Bu kompresi bir saat ərzində belə saxlayın. Sonra 2 saat fasilə verib, kompresi yenidən bir saat qədər qoyun.

Aytən


Tags:  Adi folqa çox xəstəlikləri müalicə etmək mümkündür

RƏYLƏR


Top news