Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həbsxanada doğmağı da ona kömək etmədi

Həbsxanada doğmağı da ona kömək etmədi

Date: 7 October 2016 15:52

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilərək məhkum edilən Esmira Cəfərovanın şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, E.Cəfərovanın şikayəti təmin edilməyib. 
 
Xatırladaq ki, 2014-cü ildə oğurluqda təqsirləndirilərək 6 il 6 ay müddətində azadlıqdan məhrum edilən E.Cəfərova həbsxanada uşaq dünyaya gətirdiyini iddia edərək, azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.

O, barəsində seçilmiş həbs qətimkan tədbirinin Cinayət Məcəlləsinin 79-cu (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsinə tövsif olunmasını istəyib.

Milli.Az


Tags:  Həbsxanada doğmağı ona kömək etmədi

RƏYLƏR


Top news