Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda inflyasiyasının miqdarı açıqlandı

Azərbaycanda inflyasiyasının miqdarı açıqlandı

Date: 7 October 2016 16:39

 

2016-cı ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,2 faiz artıb.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,0 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,6 faiz bahalaşıb. Ay ərzində düyünün, unun, çörəyin, makaron məmulatlarının, qarabaşaq, yulaf və arpa yarmasının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, bananın, üzümün, kələmin, göyərtinin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kartofun, kökün, çuğundurun, sarımsağın, tütün məmulatlarının qiymətlərində bahalaşma, almanın, balqabağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Sentyabr ayında avqust ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor, telefon və fotoaparatların, kompyuterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşmış, ali təhsil müəssisələrində təhsil haqlarının, respublikadan kənara istirahət turlarının, mənzillərin icarə haqlarının, paltarların təmizlənməsi və təmiri xidmətlərinin, ayaqqabıların, məişət cihazlarının, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri xidmətlərinin, stomatoloji xidmətlərin, bərbərxana və kosmetik xidmətlərin, ev və məişət xidmətlərinin qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Tags:  Azərbaycanda inflyasiyasının miqdarı açıqlandı


RƏYLƏR


Top news