Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qanunsuz ət satanlara hökm oxundu

Qanunsuz ət satanlara hökm oxundu

Date: 7 October 2016 16:54

Qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə S.Şhverdiyev 6 ay, A.Rzaxanov 4 ay,  T.Abdullayevə isə 4 ay 15 gün həbs cəzası verilib. T.Abdullayev məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, S.Şahverdiyev, A.Rzaxanov və T.Abdullayev Bakıda qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Onlara Cinayət Məcəlləsinin 200(istehlakçıları aldatma, pis keyfiyyətli məhsul istehsal etmə və satma, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham  verilib.


Tags:  Qanunsuz ət satanlara hökm oxundu


RƏYLƏR


Top news