TRACECA-nın Azərbaycan seqmentində yükdaşıma 7% azalıb

TRACECA-nın Azərbaycan seqmentində yükdaşıma 7% azalıb
17:12 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 33 237,9 min ton, yük dövriyyəsi isə 6 420,1 mln. ton/km olub. Yüklərin 21 297,0 min tonu (64,1%) avtomobil nəqliyyatı, 8 950,2 min tonu (26,9%) dəmir yolu nəqliyyatı, 2 990,7 min tonu (9,0%) dəniz nəqliyyatı ilə daşınıb. Bu, Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumatda bildirilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 6,6% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 15,1% və 30,5%) olub. 
Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,6%-ni və ya 4 855,5 min tonunu tranzit yüklər təşkil edib. 
Hesabat dövründə TRACECA vasitəsilə 229,5 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 4 596,0 mln. sərnişin/km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,2%, sərnişin dövriyyəsi isə 1,5% artıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/traceca-nin-azerbaycan-seqmentinde-yukdasima-7-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR