Prezident İlham Əliyev: “Amerikadan səslənən bəyanat yumşaq desək, təəccüb doğuran bir bəyanatdır”

Prezident İlham Əliyev: “Amerikadan səslənən bəyanat yumşaq desək, təəccüb doğuran bir bəyanatdır”
17:22 7 Oktyabr 2016
15 Ölkə
Ölkə mətbuatı
A- A+

“Burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək”
Bakı. 7 oktyabr. REPORT.AZ/ “Aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar. Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil”.
“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ndakı çıxışında deyib.
Dövlət başçısı vurğulayıb ki, Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir: “Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur.
Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq.
Siz yəqin ki, Amerikadan səslənən son bəyanatı da eşitmisiniz, oxumusunuz, Azərbaycan ictimaiyyəti də bunu bilir. Bu, yumşaq desək, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz. Düzdür, indi müxtəlif bəyanatlar verilir ki, bu ifadələr kontekstdən çıxarılıb, düzgün başa düşülməyib. Biz hər şeyi yaxşı başa düşürük və bu gün internet dövründə yaşayırıq. Haradasa bir kəlmə deyilirsə, dərhal onun əks-sədası olur. Biz belə bəyanatları qəbul etmirik. Hesab edirik ki, tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, burada vasitəçilik missiyası şübhə altına düşə bilər. Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qatar relsdən çıxdı: 20 ölü, 150 yaralı

19 Avqust 2017 21:04

Azərbaycanlı gənclərdən MÖHTƏŞƏM İXTİRA - yeni təyyarə - VİDEO

19 Avqust 2017 21:03

Türkiyədə güclü partlayış

19 Avqust 2017 20:58

"Problemimiz psixologiya ilə bağlıdı" - Elxan Abdullayev

19 Avqust 2017 20:47

"Mançester Yunayted" rəqibini 4 qolla məğlub etdi

19 Avqust 2017 20:45

Bu il sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan uşaqların sayı açıqlanıb

19 Avqust 2017 20:42

Türkmənistanda spirtli içkilərin satışı qadağan edildi

19 Avqust 2017 20:33

İspaniyada “erməni soyqırımı” iddiaçısı olan türk yazıçı tutuldu

19 Avqust 2017 20:29

Hindistanda qatar reysdən çıxdı - ölanlərin sayı 20-ə çatdı

19 Avqust 2017 20:28

Sürücünü tapança ilə hədələyən şəxslə bağlı

19 Avqust 2017 20:19

Tanınmış müğənninin sevgilisi 3 aylıq hamilədir - FOTOLAR

19 Avqust 2017 20:18

Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib

19 Avqust 2017 20:17

"Neftçi"nin baş məşqçisini istefaya səslədilər

19 Avqust 2017 20:17

Sızanaqları yox edən təbii maskalar

19 Avqust 2017 20:08

Qarabağda yeni müharibəyə YAŞIL İŞIQ, İrəvan üçün qaçılmaz SONLUQ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

19 Avqust 2017 20:03

Güclü külək festival çadırını uçurdu

19 Avqust 2017 19:52

Atmosferi çirkləndirən sürücülər cərimələndi

19 Avqust 2017 19:49

Təcavüz olunan müğənni 250 milyon izləyicisi ilə vidalaşmadan ayrıldı

19 Avqust 2017 19:48

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb, 7 nəfər xəsarət alıb

19 Avqust 2017 19:47

Sabaha olan hava proqnozu

19 Avqust 2017 19:36

Çox yaşamaq istəyənlərin nəzərinə

19 Avqust 2017 19:33

Heç kimin buraxılmadığı sirli şəhər

19 Avqust 2017 19:28

Rusiya paytaxtının köçürülməsi TƏKLİFİ

19 Avqust 2017 19:23

İspaniyanın daxili işlər naziri: “İki terror aktı törədən dəstə zərərsizləşdirilib”

19 Avqust 2017 19:22

Ağdaşda “Chevrolet” su kanalına düşdü - Sürücü həyatını itridi

19 Avqust 2017 19:08

Bu oteldə qalanlar hər an ölə bilər

19 Avqust 2017 19:08

Könül Xasıyevaya qarşı dələduzluq - 70 min manatını aldılar

19 Avqust 2017 18:59

Müəllimlərin əmək haqları artırılacaq

19 Avqust 2017 18:56

Əfsanəvi dizaynerin HİKMƏTLİ FİKİRLƏRİ: “Əsl alicənablıq nankorluğu bağışlamaq bacarığıdır”

19 Avqust 2017 18:48

Renat Dadaşov dubl etdi, "Ayntraxt" qələbə qazandı

19 Avqust 2017 18:47

Ata və 2 oğlunu güllələdi

19 Avqust 2017 18:47

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda körpələr evi-uşaq bağçası inşa edilib

19 Avqust 2017 18:42

“Chevrolet” Yuxarı Şirvan kanalına aşıb: ölən var

19 Avqust 2017 18:39

Ağdaşda “Chevrolet” su kanalına düşdü

19 Avqust 2017 18:35

Qadınlarda ombanın böyüməsinin SƏBƏBİ bəlli oldu

19 Avqust 2017 18:33

Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsi istifadəyə verilib

19 Avqust 2017 18:32

İŞİD Surqutdakı hücumu öz üzərinə götürüb

19 Avqust 2017 18:24

İdeal plov hazırlamaq üçün ölkənin baş kulinarından A-dan Z-yə hər şey

19 Avqust 2017 18:23

Tarkanın vəfat etmiş atası...

19 Avqust 2017 18:15

2018-ci ilin yanvarından 40 minə yaxın müəllimin əmək haqqı artırılacaq

19 Avqust 2017 18:13

Zəncəfilin möcüzəvi faydaları

19 Avqust 2017 18:02

Məşhur futbol klubu verdiyi sözü tutdu

19 Avqust 2017 17:58

Dmitri Nazarov: "Daha yaxşı nəticələrimiz irəlidədir"

19 Avqust 2017 17:57

9 nəfəri ildırım vurdu

19 Avqust 2017 17:55

Prezident Samuxda yeni yolun açılışını etdi

19 Avqust 2017 17:54

Vizit kartını iki əllə təqdim et, başına toxunma, bərkdən danış - QƏRİBƏ ADƏTLƏR

19 Avqust 2017 17:53

İŞİD Surqutdakı hücumun məsuliyyətini üzərinə götürüb

19 Avqust 2017 17:42

Türkiyədə dövlət xəstəxanasında rəzalət

19 Avqust 2017 17:39

Prezidentdən 24 yaş böyük həyat yoldaşı: “Geyimimə diqqət yetirilməsini sevmirəm ”

19 Avqust 2017 17:38

İlham Əliyev Samuxda səfərdədir (YENİLƏNİR)

19 Avqust 2017 17:33