Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millinin baş məşqçisi və futbolçusu dalaşdı - QALMAQAL

Millinin baş məşqçisi və futbolçusu dalaşdı -   QALMAQAL

Date: 7 October 2016 17:27

Xorvatiya millisində baş məşqçi ilə futbolçu arasında gərginlik yaranıb. Fanat.Az xəbər verir ki, hadisə dünən Kosova ilə baş tutan oyunun fasiləsində baş verib.


Luka Modriç və İran Rakitiçin oynamadığı matçda xorvatlar 6:0 hesablı qələbə qazanıb. Fasiləyə 3:0 hesablı üstünlüklə yollanan Xorvatiya millisində narazılıqlar yaranıb. Belə ki, futbolçu İvan Perişiç baş məşqçi Ante Kasiçin taktikasından narazı qalıb. Futbolçu fasilədə bunu baş məşqçisinə bildirib və aralarında mübahisə düşüb.


Oyundan sonra açıqlama verən Perişiç faktı təsdiqləyib: "Komanda yoldaşlarım və mən bəzi səhvlərin olduğunu düşündük. Baş məşqçimiz bunun öz seçimi olduğunu bildirdi. Paltardəyişmə otağında bunu müzakirə etdik vəsonra mən onun fikirləri ilə razılaşdım"


Ante Kasiç isə açıqlamasında "Doğru taktika ilə meydana çıxdığımızı düşünürəm. Perişiç tez-tez hücuma qoşularaq rəqib müdafiəçilərin arxasına keçdi. Geridə də böyük boşluqlar buraxdı. Bu da rəqib hücumçuların hücuma daha rahat keçməsinə şərait yaratdı. Bu səbəbdən də bəzi bölgələrdə problemlər yaşadıq" deyib.


Fanat.Az


Tags:  Millinin baş məşqçisi futbolçusu dalaşdı QALMAQAL

RƏYLƏR


Top news