Bakıda kişiyə hücum etdilər

Bakıda kişiyə hücum etdilər
17:32 7 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 40 yaşlı kişi hücuma məruz qalıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Sabunçu rayonu Yavər Əliyev küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1976-ci il təvəllüdlü Namiq Qəhrəmanova naməlum şəxs zor tətbiq edərək 600 manat pulu və mobil telefonunu əlindən alıb.

Daha sonra naməlum şəxs ərazidən qaçıb. Hüquq-mühafizə orqanı əməkdaşları həmin şəxsin kimliyini müəyyən ediblər. Məlum olub ki, soyğunçuluq edən şəxs əvvəllər məhkum olunan Bakı şəhər sakini 26 yaşlı Arzu Əliyevdir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları A.Əliyevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində araşdırma işlərinə başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR