Milli Məclisin nümayəndə heyəti Gürcüstanda keçiriləcək parlament seçkilərini izləmək üçün Tbilisiyə gəlib

Milli Məclisin nümayəndə heyəti Gürcüstanda keçiriləcək parlament seçkilərini izləmək üçün Tbilisiyə gəlib
17:32 7 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin deputatları oktyabrın 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Tbilisiyə gəliblər.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Milli Məclisinin nümayəndə heyəti oktyabrın 7-də Azərbaycanın Tbilisidəki səfirliyində olub.
Səfir Azər Hüseyn Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrinin inkişaf perspektivləri, bu ölkədə yaşayan azərbaycanlıların gürcü ictimaiyyətinə inteqrasiyası barədə söhbət açıb. Qeyd edib ki, Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar.
Görüşdə oktyabrın 8-də Gürcüstan parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycan Milli Məclisinin deputatlarının, eləcə də AŞPA, GÜAM və digər nüfuzlu beynəlxalq təşkilatlardakı üzvlərinin bu seçkiləri izləməsi çox yüksək dəyərləndirilib.
Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, seçkilərdən sonra bu əlaqələrin yeni müstəvidə daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, Millət vəkilləri Sabir Hacıyev AŞPA-nın, Əli Məsimli GUAM PA-nın müşahidəçilər qrupunun tərkibində, Əflatun Amaşov və Hikmət Məmmədov isə Azərbaycanı təmsil edən nümayəndə heyətinin xətti ilə seçki prosesini izləyəcəklər.
Deputatlarımız müxtəlif seçki məntəqələrində olacaq, səsvermənin gedişinə, vətəndaşların fəallığına diqqət yetirəcəklər.




Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/milli-meclisin-numayende-heyeti-gurcustanda-kecirilecek-parlament

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR