İlham Əliyev: "Biz böhranamı inteqrasiya etməliyik?!"

İlham Əliyev: "Biz böhranamı inteqrasiya etməliyik?!"
17:32 7 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

"Biri var əməkdaşlıq, biri də var inteqrasiya. Bax, bu iki sözün arasında fərqi bilməyənlər bu gün bir daha eşitsinlər və yersiz, özlərini təbliğ etmək, kiminsə xoşuna gəlmək üçün söz-söhbətlərə son qoysunlar".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

"2016-cı il dünya iqtisadiyyatı üçün çox ağır il olmuşdur. Tarixdə bəlkə də ən ağır illərdən biridir. Dünya iqtisadiyyatında böhranlı vəziyyət davam edir. Bu böhrandan həm təbii resurslarla zəngin olan ölkələr, eyni zamanda, istehlakçı ölkələr əziyyət çəkir. Təbii ki, neftin qiymətinin kəskin şəkildə düşməsi neftlə zəngin olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərmişdir. Eyni zamanda, neft ölkələrində öz kontraktlarını icra edən digər ölkələr də əziyyət çəkir. Çünki o ölkələrin şirkətləri kontraktları daha az həcmdə icra edir və beləliklə, bu böhran o ölkələrə də mənfi təsir göstərir".
Milli.Az bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: "2016-cı ildə dünyada siyasi və hərbi böhran yaşanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır. Yaxın Şərqdə vəziyyət deyə bilərəm ki, kritik həddə çatmışdır. Yaxın Şərqdə müşahidə olunan qarşıdurma çox böyük fəlakətə gətirib çıxara bilər. Çünki hamımız yaxşı görürük ki, vəziyyət getdikcə kəskinləşir.

İlham Əliyev bildirib ki,  Avropanın miqrant böhranı bütün dünyada müşahidə olunur: "Mən miqrant böhranı haqqında dəfələrlə öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, öz canlarını qurtarmaq istəyən o insanların heç bir günahı yoxdur. Onların ölkələri xarici müdaxilə nəticəsində dağıdılıb. Onların şəhərləri yerlə-yeksan edilib, yaxınları, qohumları, yüz minlərlə insan həlak olub. Onlar öz canlarını qurtarmaq üçün Avropaya pənah aparırlar. Ancaq Avropada bəzi hallarda onları tikanlı məftil, qəfəs gözləyir. Bu da, əlbəttə ki, əgər belə demək mümkündürsə bu ilin əlamətidir və bu, sivilizasiyalararası münasibətlərə çox böyük zərbə vurur. Biz artıq neçə ildir çalışırıq ki, mədəniyyətlərarası dialoqu gücləndirək. Bizim fəaliyyətimiz dünyada böyük rəğbət qazanıb. Ancaq əfsuslar olsun ki, dünyanın müxtəlif ölkələrində tendensiya əks istiqamətdə gedir.

Miqrant böhranı öz növbəsində Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox səs toplayırlar. Bu, ilk növbədə, onu göstərir ki, cəmiyyət artıq onlara daha böyük dəstək verir, eyni zamanda, əgər gələcəkdə bu meyil davam etsə bu partiyalar hakimiyyətə gələcəklər, - ondan sonra onların siyasətinin nədən ibarət olacağı heç kəs üçün sirr deyil, - beləliklə, sivilizasiyalararası qarşıdurma dərinləşəcək. Bizim cəmiyyətimiz bütün bu reallıqları bilməlidir. Artıq həm yaşadığımız bölgə, həm dünya dəyişib. Biz də öz siyasətimizi buna uyğun şəkildə aparmalıyıq.

Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var. Bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! "Müsəlmanlara stop" deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik.

Biz öz yolumuzla gedirik və Avropa ilə çox sıx əlaqələr qura bilmişik. Həm Avropa İttifaqı ilə bizim müxtəlif sənədlərimiz imzalanıb, eyni zamanda, növbəti sənəd üzərində iş aparılır. Bizim təşəbbüsümüzlə Avropa Komissiyasına göndərdiyimiz təklif indi müzakirə olunur, biz tərəfdaşlıq formatı haqqında danışırıq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə bizim strateji tərəfdaşıq haqqında sənədlərimiz var. Biz 15 ildir ki, Avropa Şurasında çalışırıq və orada da bizim mövqelərimiz gündən-günə möhkəmlənir. Biz hətta o təşkilatda da dönüş yarada bilmişik. Avropa Şurası Parlament Assambleyasındakı deputatların əksəriyyəti artıq görür ki, bizə qarşı ədalətsizliklər, ikili standartlar olub və bu gün vəziyyət tam normaldır. Ona görə əməkdaşlıqla bağlı bizim heç bir problemimiz yoxdur. Biz bu əməkdaşlığa meyilliyik. Amma biri var əməkdaşlıq, biri də var inteqrasiya. Bax, bu iki sözün arasında fərqi bilməyənlər bu gün bir daha eşitsinlər və yersiz, özlərini təbliğ etmək, kiminsə xoşuna gəlmək üçün söz-söhbətlərə son qoysunlar".
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Arvadından 24 yaş balacadır... - Prezidentliyə namizədin sevgi hekayəsi

23 Aprel 2017 18:12

Şimali Koreya Avstraliyanı nüvə zərbəsi ilə hədələdi

23 Aprel 2017 18:12

Türk futbolçu üçün mövsüm bitdi

23 Aprel 2017 18:09

ABŞ maliyyə naziri: "Vergi islahatları büdcə kəsirinə səbəb ola bilər"

23 Aprel 2017 18:05

Yunanıstanda Türkiyə konsulluğuna hücum edildi

23 Aprel 2017 18:03

Erməni deputatın avtomobilləri yandırıldı

23 Aprel 2017 18:01

Əhmədinejad prezidentliyə namizədlərin heç birini dəstəkləməyəcək

23 Aprel 2017 17:57

Məşhur 5 bacının dəhşət dolu həyatı: Hökumət 3 milyon verdi, heç nə dəyişmədi - FOTOLAR - VİDEO

23 Aprel 2017 17:53

“Neftçi” azarkeşləri stadiondan çıxarıldı - Səbəb

23 Aprel 2017 17:52

Ərdoğan Teziç vəfat etdi

23 Aprel 2017 17:46

Messinin "El Klasiko"da qaçmaqla arası yoxdur

23 Aprel 2017 17:43

Dünya bu qadına heyrandır - FOTOLAR

23 Aprel 2017 17:33

Seçicilərin 28,54 faizi səsvermədə iştirak edib

23 Aprel 2017 17:33

Pilləkəndən yıxılan kişi öldü

23 Aprel 2017 17:27

Yəməndə silah anbarında partlayış - 10 ölü

23 Aprel 2017 17:23

Rusiyalı müğənni Ukraynaya buraxılmadı

23 Aprel 2017 17:23

Fələstinli Təl-Əvivdə bıçaqla 3 nəfəri yaraladı

23 Aprel 2017 17:22

Fransada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

23 Aprel 2017 17:12

Azərbaycanda hərrac mərkəzi yaradıldı

23 Aprel 2017 17:12

Çirkli geyimdə bir qadının gedib-gəldiyi kimsəsiz mənzildən tapılanlar dünyanı ŞOKA SALDI - FOTOLAR

23 Aprel 2017 17:08

Donald Tramp təhlükəli xəstəliyə yoluxub

23 Aprel 2017 17:07

Könül Kərimova qızının toy tarixini açıqladı

23 Aprel 2017 17:05

Trampdan "hamı yerli mal alsın, xeyir vətənə qalsın" kampaniyası

23 Aprel 2017 17:05

"Cırtdan planetdə" ŞOK tapıntı - FOTOLAR

23 Aprel 2017 16:58

Qrip virusu məqsədli şəkildə yayılır?

23 Aprel 2017 16:52

DİQQƏT: evinizdəki bu əşyaları dərhal atın

23 Aprel 2017 16:51

Belarus səfirindən ermənilərə cavab: "Onun sizə heç bir dəxli yoxdur"

23 Aprel 2017 16:47

Millimizin üzvünə Surer Liqada "toy tutdular"

23 Aprel 2017 16:47

İcra başçısının müavini işdən qovuldu - Külli miqdarda pul mənimsəyib?

23 Aprel 2017 16:42

Bu qız indi çox məşhur aktrisadır

23 Aprel 2017 16:41

Dünyanın ən rəngarəng şəhərləri - FOTOLAR

23 Aprel 2017 16:38

"O qədər sərxoş idim ki..." - Bakıda 20 yaşlı qızın ölümünə səbəb olan sürücü

23 Aprel 2017 16:32

Fransız qadınlarının sirri - niyə onlar daha cazibədardırlar?

23 Aprel 2017 16:28

Türkiyə konsulluğuna hücum olunub

23 Aprel 2017 16:26

BMT-nin baş katibi Bəşər Əsədi təbrik etdi

23 Aprel 2017 16:24

Somalidə 8 hərbçi həlak oldu

23 Aprel 2017 16:17

Kıvançın həyat yoldaşı ilə bağlı şərtləri

23 Aprel 2017 16:15

Avstraliyadan Şimali Koreyaya: Xalqınla maraqlan oreyaya

23 Aprel 2017 16:13

İbrahimoviç məşhur cərrha müraciət edəcək

23 Aprel 2017 16:12

Türkiyə millisinin üzvü evləndi - FOTO

23 Aprel 2017 16:07

"O pullara heyfim gəlir" - Məlahət Abbasova Röya ilə qalmaqalı haqda

23 Aprel 2017 16:05

Rus təyyarəsi kəndə vakum bombası atdı: 7 dinc sakin öldü - BİRİ KÖRPƏDİR

23 Aprel 2017 16:03

Şimali Koreya Avstraliyanı təhdid etdi

23 Aprel 2017 16:03

Rusiyalı müğənnini qatardan endirib geri qaytardılar

23 Aprel 2017 15:59

Yunanıstanda Türkiyə konsulluğuna hücum edildi

23 Aprel 2017 15:57

ŞİRVANDA DƏHŞƏT: Hamilə arvadını vəhşicəsinə döydü, vaxtından tez doğulan uşaq öldü

23 Aprel 2017 15:49

"El-Klassiko" öncəsi Messi ilə Ronaldo dodaq-dodağa...

23 Aprel 2017 15:49

Məşhur professor ölən insanın necə dirilə biləcəyini açıqladı - PARALEL SAHƏNİN SİRRİ

23 Aprel 2017 15:43

Ukraynada ATƏT əməkdaşı partlayış nəticəsində öldü

23 Aprel 2017 15:42

"Qalatasaray" - "Fənərbaxça": gözlənilən start heyətləri

23 Aprel 2017 15:27