Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Oğluna görə Putin və Ərdoğana YALVARDI: “Məni...” - FOTO

Oğluna görə Putin və Ərdoğana YALVARDI: “Məni...” - FOTO

Date: 7 October 2016 17:33

Rusiyanın Tomsk şəhərinin sakini Alyona Doğan Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan ikiyaşlı oğlunun qaytarılmasına kömək üçün xahiş edib.

Publika.az xəbər verir ki, o, bu haqda “RİA-Novosti” agentliyinə bildirib.

O, təxminən beş il əvvəl Türkiyədə istirahətdə olarkən gələcək əri – Lətif Doğanla tanış olub. Kişi Tomska gəlib-gedirdi. Cütlük sonradan Türkiyədə evlənir və üç il sonra onların oğlan övladı dünyaya gəlir. Uşağın ikili vətəndaşlığı var. Qadının sözlərinə görə, təxminən bir il əvvəl boşanmaq istəyib.

Bundan sonra qadın uşağı ilə Tomska qayıdıb. Amma əri Rusiyaya gələrək onu Türkiyəyə qayıtmağa inandırıb. Türkiyəyə qayıdan Alyonadan uşağı alırlar. O, uşağını sonuncu dəfə sentyabrın 5-də görüb.

“İndi mən Ankaradan öz valideynlərimlə İstanbula gedirəm. Biz prezident Ərdoğana və hökumətə şikayət məktubu yazdıq”, - o, deyib.

O, əlavə edib ki, İstanbulda oktyabrın 10-da görüşəcək Ərdoğan və Putinin yardımına çox ümid edir.

Alyona bir neçə gün bundan əvvəl isə Türkiyədə “Eşitməyən qalmasın” proqramına qonaq olub. O, əri tərəfindən döyüldüyünü, özü evdə olmayanda evə başqa qadınları gətirdiyini və uşağı ona göstərmədiyini bildirib. Qadın uşağını götürərək Rusiyaya getmək üçün sona qədər mübarizə aparacağını söyləyib.

Ömər Dağlı



Tags:  Oğluna Putin Ərdoğana YALVARDI Məni FOTO


RƏYLƏR


Top news