Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ağdamda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Ağdamda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Maşın dərəyə aşdı, 2 nəfər xəsarət aldı (26 Mart 2017 01:44)
Bayram günlərində yol qəzalarında 11 nəfər ölüb (25 Mart 2017 19:17)
Bayram günləri yol qəzalarında ölənlərin sayı artır (25 Mart 2017 10:47)

Tarix: 7 Oktyabr 2016 17:37

Bakı. 7 oktyabr. REPORT.AZ/ Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un məlumatına görə, hadisə rayonun Əfətli kəndinin ərazisində qeydə alınıb. 
Belə ki, “VAZ-2106” markalı avtomobillə “Qazel” markalı yük maşını toqquşub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Deformasiyaya uğramış yük maşınında qalan sürücü xilas edilərək xəstəxanaya çatdırılıb. Minik avtomobilinin sürücüsü və iki sərnişini də müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 
Kürdəmir rayon sakini, 57 yaşlı Elxan Məmmədovun və Ağdam rayon sakini Nemət Əliyevin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Digər iki xəsarət alan şəxs isə vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 




Teqlər:  Ağdamda ağır yol qəzası baş verib nəfər xəsarət alıb



RƏYLƏR


Top xəbərlər