Prezident: “Biz bu işləri görürük, amma ətraf yanır, yan-yörə alovlanır”

Prezident: “Biz bu işləri görürük, amma ətraf yanır, yan-yörə alovlanır”
17:37 7 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Şabranda ev yanır (28 Mart 2017 19:29)

Bakı. 7 oktyabr. REPORT.AZ/ “2016-cı il dünya iqtisadiyyatı üçün çox ağır il olmuşdur. Tarixdə bəlkə də ən ağır illərdən biridir. Dünya iqtisadiyyatında böhranlı vəziyyət davam edir. Bu böhrandan həm təbii resurslarla zəngin olan ölkələr, eyni zamanda, istehlakçı ölkələr əziyyət çəkir. Təbii ki, neftin qiymətinin kəskin şəkildə düşməsi neftlə zəngin olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərmişdir. Eyni zamanda, neft ölkələrində öz kontraktlarını icra edən digər ölkələr də əziyyət çəkir. Çünki o ölkələrin şirkətləri kontraktları daha az həcmdə icra edir və beləliklə, bu böhran o ölkələrə də mənfi təsir göstərir”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ndakı çıxışında deyib.
“2016-cı ildə dünyada siyasi və hərbi böhran yaşanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır. Yaxın Şərqdə vəziyyət deyə bilərəm ki, kritik həddə çatmışdır. Yaxın Şərqdə müşahidə olunan qarşıdurma çox böyük fəlakətə gətirib çıxara bilər. Çünki hamımız yaxşı görürük ki, vəziyyət getdikcə kəskinləşir.
Avropanın miqrant böhranı. Demək olar ki, o da bütün dünyada müşahidə olunur. Mən miqrant böhranı haqqında dəfələrlə öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, öz canlarını qurtarmaq istəyən o insanların heç bir günahı yoxdur. Onların ölkələri xarici müdaxilə nəticəsində dağıdılıb. Onların şəhərləri yerlə-yeksan edilib, yaxınları, qohumları, yüz minlərlə insan həlak olub. Onlar öz canlarını qurtarmaq üçün Avropaya pənah aparırlar. Ancaq Avropada bəzi hallarda onları tikanlı məftil, qəfəs gözləyir. Bu da, əlbəttə ki, əgər belə demək mümkündürsə bu ilin əlamətidir və bu, sivilizasiyalararası münasibətlərə çox böyük zərbə vurur. Biz artıq neçə ildir çalışırıq ki, mədəniyyətlərarası dialoqu gücləndirək. Bizim fəaliyyətimiz dünyada böyük rəğbət qazanıb. Ancaq əfsuslar olsun ki, dünyanın müxtəlif ölkələrində tendensiya əks istiqamətdə gedir”, - dövlət başçısı vurğulayıb.
Prezident bildirib ki, miqrant böhranı öz növbəsində Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox səs toplayırlar: “Bu, ilk növbədə, onu göstərir ki, cəmiyyət artıq onlara daha böyük dəstək verir, eyni zamanda, əgər gələcəkdə bu meyil davam etsə bu partiyalar hakimiyyətə gələcəklər, - ondan sonra onların siyasətinin nədən ibarət olacağı heç kəs üçün sirr deyil, - beləliklə, sivilizasiyalararası qarşıdurma dərinləşəcək. Bizim cəmiyyətimiz bütün bu reallıqları bilməlidir. Artıq həm yaşadığımız bölgə, həm dünya dəyişib. Biz də öz siyasətimizi buna uyğun şəkildə aparmalıyıq.
Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var. Bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! “Müsəlmanlara stop” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik”.
Prezident qeyd edib ki, Azərbaycan öz yolu ilə gedir və Avropa ilə çox sıx əlaqələr qura bilib: “Həm Avropa İttifaqı ilə bizim müxtəlif sənədlərimiz imzalanıb, eyni zamanda, növbəti sənəd üzərində iş aparılır. Bizim təşəbbüsümüzlə Avropa Komissiyasına göndərdiyimiz təklif indi müzakirə olunur, biz tərəfdaşlıq formatı haqqında danışırıq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə bizim strateji tərəfdaşıq haqqında sənədlərimiz var. Biz 15 ildir ki, Avropa Şurasında çalışırıq və orada da bizim mövqelərimiz gündən-günə möhkəmlənir. Biz hətta o təşkilatda da dönüş yarada bilmişik. Avropa Şurası Parlament Assambleyasındakı deputatların əksəriyyəti artıq görür ki, bizə qarşı ədalətsizliklər, ikili standartlar olub və bu gün vəziyyət tam normaldır. Ona görə əməkdaşlıqla bağlı bizim heç bir problemimiz yoxdur. Biz bu əməkdaşlığa meyilliyik. Amma biri var əməkdaşlıq, biri də var inteqrasiya. Bax, bu iki sözün arasında fərqi bilməyənlər bu gün bir daha eşitsinlər və yersiz, özlərini təbliğ etmək, kiminsə xoşuna gəlmək üçün söz-söhbətlərə son qoysunlar.
Belə bir beynəlxalq mənzərə fonunda Azərbaycan uğurla inkişaf edir. Biz mötəbər beynəlxalq tədbirlər keçiririk. Bu yaxınlarda V Bakı Beynəlxalq Humanitar Forumu öz işini yekunlaşdırdı. Forumda 80-ə yaxın ölkədən 400-dən çox tanınmış xadim iştirak etmişdir. Forumda bir daha bizim gördüyümüz işlər, xüsusilə multikulturalizmlə bağlı gördüyümüz işlər yüksək qiymətləndirildi. Bu il ölkəmizdə digər beynəlxalq tədbirlər də keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm. Bu Forumun Azərbaycanda keçirilməsi bu sahədə gördüyümüz işlərə dünya tərəfindən verilən böyük qiymət idi.
Biz Azərbaycanda böyük idman yarışları keçirmişik. 500 milyon auditoriyası olan “Formula-1” yarışını keçirmişik. Özü də “Formula-1” qrupunun rəhbərləri də qeyd etmişlər ki, ən gözəl yarış Azərbaycanda keçirildi. İlk dəfə olaraq Azərbaycanda ən yaxşı təşkil edilən Ümumdünya Şahmat Olimpiadası keçirildi. Bu olimpiadaya bütün dünyadan - 200-ə yaxın ölkədən nümayəndələr gəlmişdi.
Böyük mötəbər tədbirlər arasında Roma Papası Fransiskin Azərbaycana rəsmi səfərini xüsusilə qeyd etmək istəyirəm. Bu, tarixi bir səfər idi və Roma Papası Bakıdan bütün dünyaya çox açıq mesajlar göndərdi. O cümlədən Azərbaycanda multikulturalizmin vəziyyəti ilə bağlı onun dəyərli fikirləri həm həqiqəti əks etdirir, həm də dünya katoliklərinin rəhbərinin bu işlərə qiymətinin gözəl təzahürü idi.
Bax, biz bu işləri görürük. Amma ətraf yanır, yan-yörə alovlanır, risklər artır. Biz isə öz xoşbəxt həyatımızı və xoşbəxt gələcəyimizi qorumalıyıq və qoruyuruq. Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır. Şəhərlərimiz gözəlləşir, abadlaşır, bütün işlər çox yaxşı gedir”.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatdı

26 İyun 2017 04:53

İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub

26 İyun 2017 04:32

Maraqlı illüstrasiyalar - FOTO

26 İyun 2017 04:32

Kolumbiyada batmış gəmidə ölənlərin sayı 9 çatıb

26 İyun 2017 04:29

Sekslə məşğul olmaq bədənə necə təsir edir? -

26 İyun 2017 04:15

İran rusiyalı turistlər üçün vizaları ləğv etdi

26 İyun 2017 03:53

Meksikada silahlı hücum 11 nəfərin həyatına son qoyub

26 İyun 2017 03:36

Qadınların gündəlik həyatı belədir? - FOTO

26 İyun 2017 03:32

Sərnişin avtobusu qəzaya düşdü: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:29

Cocuq Mərcanlıda raket aşkarlandı -

26 İyun 2017 03:10

Qazax sakini pomidordan zəhərləndi

26 İyun 2017 03:08

Argentinada ağır yol qəzası baş verib: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:07

26 yaşlı oğlan bıçaqlandı - Daşkəsəndə

26 İyun 2017 02:59

Daşkəsəndə 26 yaşlı gənc bıçaqlanıb

26 İyun 2017 02:52

Reallıqdan daha gözəl - FOTO

26 İyun 2017 02:32

Göyərtəsində 150 turist olan gəmi batdı

26 İyun 2017 02:04

İki nəhəngin mübarizəsi -

26 İyun 2017 02:04

Bakıda beynəlxalq rəqs festivalı keçiriləcək

26 İyun 2017 01:48

Tovuz sakini spirtli içkidən zəhərlənib

26 İyun 2017 01:47

Qazaxda qadın pomidordan zəhərləndi

26 İyun 2017 01:44

İran Rusiyalı turistlər üçün vizaları ləğv edib

26 İyun 2017 01:36

Yaponiya: əfsanə və futurizm arasında - FOTO

26 İyun 2017 01:32

59 yaşlı qadın ağacdan yıxılaraq xəsarət aldı - Gəncədə

26 İyun 2017 01:29

Xalq artisti Qəndab Quliyeva VƏFAT ETDİ

26 İyun 2017 01:25

DƏHŞƏTLİ EPİDEMİYA: Vəba xəstəliyindən 1300 nəfər öldü

26 İyun 2017 01:18

Kolumbiyada 150 nəfəri daşıyan qayıq qəzaya uğrayıb

26 İyun 2017 01:17

Diş daşlarından təbii yolla xilas olun -

26 İyun 2017 01:10

Pakistanda benzindaşıyan maşının alışması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb

26 İyun 2017 00:50

Yəməndə 1300-dən çox adam vəba xəsətəliyindən ölüb

26 İyun 2017 00:42

29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu - Tovuzda

26 İyun 2017 00:34

Tovuzda mübahisə kütləvi davaya çevrildi

26 İyun 2017 00:28

Fransada yaşayış binasında yanğın -

26 İyun 2017 00:21

Bərdədə intihara cəhd hadisəsi baş verib

26 İyun 2017 00:17

Bu gün Silahlı Qüvvələr günüdür

26 İyun 2017 00:14

Astroloji proqnoz - 26 iyun

26 İyun 2017 00:08

Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

26 İyun 2017 00:07

Məşhur aktrisa okean sahilində - FOTO

26 İyun 2017 00:05

Günün qoroskopu: ciddi fikir ayrılıqları olacaq

26 İyun 2017 00:05

Azərbaycanda Ramazan bayramı qeyd olunur

26 İyun 2017 00:02

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26 İyun 2017 00:01

Beyləqanda Toyota və taxıl sahəsi yanıb

25 İyun 2017 23:57

Tramp Ramazan bayramı münasibətilə ənənəvi şam ziyafəti verməyib

25 İyun 2017 23:57

Kia-dan yeni krossover - FOTO

25 İyun 2017 23:57

Argentinada üzə çıxan 128 yaşlı şəxs Adolf Hitler olduğunu iddia edir

25 İyun 2017 23:52

Zehni açan 4 ədviyyat

25 İyun 2017 23:52

Çikaqoda stadionda bayram namazı

25 İyun 2017 23:52

Azərbaycan Qran-Prisi atəşfəşanlıqla başa çatdı - FOTOLAR

25 İyun 2017 23:48

Bakı, "Formula-1": sürprizli, sensasiyalı yarış - FOTO

25 İyun 2017 23:47

Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

25 İyun 2017 23:47

Namazda səcdələrin sayını unudan adam nə etməlidir?

25 İyun 2017 23:47