İlham Əliyev: "Biz hansı Avropaya inteqrasiya etməliyik? "Müsəlmanlara stop" deyənlərəmi?!"

İlham Əliyev: "Biz hansı Avropaya inteqrasiya etməliyik? "Müsəlmanlara stop" deyənlərəmi?!"
17:42 7 Oktyabr 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

2016-cı ildə dünyada siyasi və hərbi böhran yaşanır: "Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Yaxın Şərqdə vəziyyət deyə bilərəm ki, kritik həddə çatmışdır. Yaxın Şərqdə müşahidə olunan qarşıdurma çox böyük fəlakətə gətirib çıxara bilər. Çünki hamımız yaxşı görürük ki, vəziyyət getdikcə kəskinləşir. Avropanın miqrant böhranı. Demək olar ki, o da bütün dünyada müşahidə olunur. Mən miqrant böhranı haqqında dəfələrlə öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, öz canlarını qurtarmaq istəyən o insanların heç bir günahı yoxdur. Onların ölkələri xarici müdaxilə nəticəsində dağıdılıb. Onların şəhərləri yerlə-yeksan edilib, yaxınları, qohumları, yüz minlərlə insan həlak olub. Onlar öz canlarını qurtarmaq üçün Avropaya pənah aparırlar. Ancaq Avropada bəzi hallarda onları tikanlı məftil, qəfəs gözləyir. Bu da, əlbəttə ki, əgər belə demək mümkündürsə bu ilin əlamətidir və bu, sivilizasiyalararası münasibətlərə çox böyük zərbə vurur. Biz artıq neçə ildir çalışırıq ki, mədəniyyətlərarası dialoqu gücləndirək. Bizim fəaliyyətimiz dünyada böyük rəğbət qazanıb. Ancaq əfsuslar olsun ki, dünyanın müxtəlif ölkələrində tendensiya əks istiqamətdə gedir".

İlham Əliyev bildirib ki, miqrant böhranı, öz növbəsində, Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox səs toplayırlar: "Bu, ilk növbədə, onu göstərir ki, cəmiyyət artıq onlara daha böyük dəstək verir, eyni zamanda, əgər gələcəkdə bu meyil davam etsə, bu partiyalar hakimiyyətə gələcəklər, - ondan sonra onların siyasətinin nədən ibarət olacağı heç kəs üçün sirr deyil, - beləliklə, sivilizasiyalararası qarşıdurma dərinləşəcək. Bizim cəmiyyətimiz bütün bu reallıqları bilməlidir. Artıq həm yaşadığımız bölgə, həm dünya dəyişib. Biz də öz siyasətimizi buna uyğun şəkildə aparmalıyıq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var. Bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik".

Prezident əlavə edib ki, bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır: "Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! "Müsəlmanlara stop" deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik.

Biz öz yolumuzla gedirik və Avropa ilə çox sıx əlaqələr qura bilmişik. Həm Avropa İttifaqı ilə bizim müxtəlif sənədlərimiz imzalanıb, eyni zamanda, növbəti sənəd üzərində iş aparılır. Bizim təşəbbüsümüzlə Avropa Komissiyasına göndərdiyimiz təklif indi müzakirə olunur, biz tərəfdaşlıq formatı haqqında danışırıq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə bizim strateji tərəfdaşıq haqqında sənədlərimiz var. Biz 15 ildir ki, Avropa Şurasında çalışırıq və orada da bizim mövqelərimiz gündən-günə möhkəmlənir. Biz hətta o təşkilatda da dönüş yarada bilmişik. Avropa Şurası Parlament Assambleyasındakı deputatların əksəriyyəti artıq görür ki, bizə qarşı ədalətsizliklər, ikili standartlar olub və bu gün vəziyyət tam normaldır. Ona görə əməkdaşlıqla bağlı bizim heç bir problemimiz yoxdur. Biz bu əməkdaşlığa meyilliyik. Amma biri var əməkdaşlıq, biri də var inteqrasiya. Bax, bu iki sözün arasında fərqi bilməyənlər bu gün bir daha eşitsinlər və yersiz, özlərini təbliğ etmək, kiminsə xoşuna gəlmək üçün söz-söhbətlərə son qoysunlar".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Masallıda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 2-si yaralanıb

16 Avqust 2017 19:17

Tillerson: Pxenyanla dialoq qurmağa hələ də maraqlıyıq

16 Avqust 2017 19:15

Yasa gedənlər dəhşətlə üzləşdi: ölənlər və yaralılar var

16 Avqust 2017 19:14

Azərbaycanda arxeoloji qazıntı zamanı aşkarlanmış NADİR TAPINTILAR OĞURLANIB

16 Avqust 2017 19:13

Bir qrup hərbi qulluqçu şəhidin ad günündə ailəsinə baş çəkib

16 Avqust 2017 18:59

Bu qidaları yeyən uşaqlar daha ağıllı olur - FOTOLAR

16 Avqust 2017 18:48

Binəqədi-Novxanı avtomobil yolu çöküb

16 Avqust 2017 18:48

Milli Məclis sədrinin müavini Polşanın təhsil naziri ilə görüşüb

16 Avqust 2017 18:47

Sevgilisindən Neymara - AĞIR ZƏRBƏ

16 Avqust 2017 18:43

Azərbaycanda müdhiş oğurluq: nadir tapıntılar yoxa çıxdı

16 Avqust 2017 18:29

Saqqızın hazırlanması üsulu

16 Avqust 2017 18:29

Keti Perrinin VAMPİR sevgilisi üzə çıxdı – EŞQ ÜÇBUCAĞI - FOTOFAKT

16 Avqust 2017 18:28

Səfir: "Bu gün Azərbaycanda Rusiyada təhsil almağa yüksək maraq var"

16 Avqust 2017 18:27

U-17 bosniyalılara uduzdu

16 Avqust 2017 18:27

65 illik evli cütlük həyatlarına əl-ələ son qoydu

16 Avqust 2017 18:23

Naz Azərbaycan xalqını təhqir etdi

16 Avqust 2017 18:22

Dənizdə batan şəxs xilas edilib

16 Avqust 2017 18:20

Su borusu partladı, yol çökdü - FOTO

16 Avqust 2017 18:14

EVİMİZDƏKİ TƏHLÜKƏ - O hər an və hər yerdə bizi izləyir

16 Avqust 2017 18:13

Azərbaycan Prezidenti indoneziyalı həmkarını təbrik edib

16 Avqust 2017 18:12

Gavalı mürəbbəsinin hazırlanması

16 Avqust 2017 18:10

Erməni həkimin "müalicə" etdiyi bakılı bacıların DƏHŞƏTLİ HƏYATI: "Günlərlə evdə ac qalırıq..." - FOTOLAR

16 Avqust 2017 18:08

"Qarabağ" nə qədər qazanacaq?

16 Avqust 2017 18:07

İlham Əliyev Qabon Prezidentini təbrik edib

16 Avqust 2017 18:01

"Qarabağ"ın oyunçusu Çempionlar Liqası yığmasında

16 Avqust 2017 17:59

Əsl sovet plombirinin RESEPTİ

16 Avqust 2017 17:58

"Diva"-nın konsertindən məşqlər

16 Avqust 2017 17:58

Abşeronda su borusunun partlaması yolun çökməsinə səbəb olub

16 Avqust 2017 17:57

Bu il məişət tullantılarını zibil qutularından kənara tullayan 488 nəfər məsuliyyətə cəlb edilib

16 Avqust 2017 17:57

İlham Əliyev Qabon Prezidentini təbrik etdi

16 Avqust 2017 17:53

Bakıda öldürülən gəncin anası apellyasiya şikayəti verib

16 Avqust 2017 17:52

İnsan beyni haqda çox maraqlı faktlar

16 Avqust 2017 17:49

Ukraynaya yeni hücum hazırlanır - TARİX AÇIQLANDI

16 Avqust 2017 17:48

Azərbaycanlı aparıcının Amerika macəraları – FOTOLAR

16 Avqust 2017 17:38

“Milan”ın futbolçusu İspaniya klubuna keçib

16 Avqust 2017 17:37

“WhatsApp”, “Viber” və “Telegram” messencerlərini vahid çatda birləşdirən proqram təminatı hazırlanıb

16 Avqust 2017 17:35

Sabaha olan məzənnə

16 Avqust 2017 17:33

Bakıda İran vətəndaşını avtomobillə vuraraq öldürən sərxoş taksi sürücüsü həbs olunub

16 Avqust 2017 17:32

Ali məktəblərə qəbul planının neçə faizi dolub? - RƏSMİ AÇIQLAMA

16 Avqust 2017 17:29

Hava limanında güclü PARTLAYIŞ - FOTO

16 Avqust 2017 17:23

Xəzərin Corat qəsəbəsi hissəsində 1 nəfər batıb

16 Avqust 2017 17:22

DİM: Magistraturaya qəbul planı 82.58 faiz dolub

16 Avqust 2017 17:22

Azərbaycanda Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

16 Avqust 2017 17:22

Röya konsert verdi

16 Avqust 2017 17:22

Bakıdan 10 min kilometr aralıda yaşayan azərbaycanlılar: "Təki narkotikdən, ağır cinayətlərdən uzaq olun, yanınızdayıq"

16 Avqust 2017 17:19

Coratda bir nəfər dənizdə batdı

16 Avqust 2017 17:14

Manatın sabaha olan MƏZƏNNƏSİ

16 Avqust 2017 17:13

Ana və iki azyaşlı övladı yandı - MASALLIDA

16 Avqust 2017 17:13

Sərhəd zastavasının xidməti ərazisində gizlədilən silah-sursat aşkarlanaraq götürülüb

16 Avqust 2017 17:12

Doğuşdan sonra ölən anaların sayı niyə artır?

16 Avqust 2017 17:10