Səkinə İsmayılovaya mükafat təqdim edildi - fotolar

Səkinə İsmayılovaya mükafat təqdim edildi -  fotolar
17:46 7 Oktyabr 2016
47 Şou
Ölkə mətbuatı
A- A+

Muzey Mərkəzində Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından danışıb.

Bildirilib ki, prezident İlham Əliyev mütəmadi olaraq müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırır.

Sonra Əbülfəs Qarayev ölkə başçısının 2016-cı ildə imzaladığı müvafiq sərəncamlarla təltif olunmuş xalq artistləri Səkinə İsmayılova, Ramiz Fətəliyev, Ağaverdi Paşayev və Vidadi Muradova “Şöhrət” ordenini, “Xalq artisti” adına layiq görülən aktyor Şamil Süleymanov və kamança ifaçısı Munis Şərifova fəxri adın medal və vəsiqələri təqdim edib.

Təltif olunanlardan Səkinə İsmayılova, Ağaverdi Paşayev, Müşfiq Hətəmov və digərləri çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.



Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR