Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rüşvət alan direktorun işinə Şirvanda baxılacaq

Rüşvət alan direktorun işinə Şirvanda baxılacaq

Date: 7 October 2016 17:52

Bu gün Bakıda, Nizami Rayon Məhkəməsinin inzibati binasında 160-a yaxın tələbəsindən rüşvət aldığı üçün həbs edilən Astara Pedoqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, prosesə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Amil Dosiyev rəhbərlik edib. İclas təxirə salınıb, məhkəmə prosesi oktyabrın 25-də davam etdiriləcək.

Məhkəmə kollegiyası işin baxılma yeri ilə bağlı yeni qərar verib. Belə ki, növbəti iclas Şirvan Apellyasiya Məhkəməsində olacaq.

Xatırladaq ki, 3 hakim Əlihəsən Həmzəyevlə bağlı qərar vermək üçün Bakıya ezam olunmuşdu.

Qeyd edək ki, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3-cü bəndinin bütün bölmələri üzrə ittiham edilib. Ə.Həmzəyevi 8 ildən 12 ilə qədər cəza gözləsə də, o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az


Tags:  Rüşvət alan direktorun işinə Şirvanda baxılacaq

RƏYLƏR


Top news