Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maksimum neçə il yaşaya bilərik?

Maksimum neçə il yaşaya bilərik?

Date: 7 October 2016 17:53

Alimlərin araşdırmasına görə, insanlar maksimum 115 il yaşaya bilər.

Publika.az xəbər verir ki, bunun üçün alimlər İnsanların Ölüm Bazası Layihəsi tərəfindən əldə edilən məlumatları, habelə Fransa, Yaponiya, İngiltərə və ABŞ-da 110 yaşı ötən insanların ölüm səbəblərini incələyiblər.

Araşdırmalar nəticəsində məlum olub ki, son 20 ildə uzunömürlülük yaşı azalıb. Müəyyən edilib ki, insanlar ən çoxu 115 il yaşaya bilər. Ancaq hər 10 nəfərdən sadəcə biri 125 il yaşaya bilər.

Araşdırma aparan alimlərdən biri, Albert Eynşteyn adına Tibb Fakültəsinin müəllimi professor Jan Vijq əldə edilən son məlumatlar uzunömürlülüyün 115 illə məhdudlaşdığını deyib. Onun sözlərinə görə, bir insanın 125 ildən çox yaşaması kiçik ehtimaldır.

Peyvəndlər, doğumdan sonra yaranan problemlərin aradan qaldırılması və tibdəki yeniliklər sayəsində XIX əsrdən bu vaxta qədər yaşı 100-dən keçənlərin sayı artmışdı.

Gülxar


Tags:  Maksimum neçə il yaşaya bilərik

RƏYLƏR


Top news