Norveç Neft Fondu III rübdə 4% gəlirlilik göstərib

Norveç Neft Fondu III rübdə 4% gəlirlilik göstərib
18:02 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Norveç Suveren Fondu (Neft Fondu) səhm bazarının müsbət tendensiyası fonunda 2016-cı ilin III rübündə 240 mlrd. kron (29,7 mlrd. ABŞ dolları) həcmində gəlir əldə edib. "Report", "Vesti"yə istinadən xəbər verir ki, "Reuters"in yaydığı məlumata görə, 882 mlrd. dollara sahib olan Norveç Suveren Fondu bununla da III rübdə 4% gəlirlilik göstərib. Xatırladaq ki, II rübdə Fondun gəlirliliyi 1,3% təşkil edib.
Fondun icraçı direktoru Trond Qrandenin sözlərinə görə, səhmdar kapitala edilmiş investisiyalar rüb ərzində yüksək səviyyədə olub və Fondun gəlirlərinin əsas hissəsini təşkil edib. Norveç hökuməti Fonddan III rübdə 30 mlrd. kron (3,7 mlrd. dollar) vəsait götürərək dövlət xərclərini həyata keçirib. Hazırda hər bir Norveç vətəndaşının payına Fonddan 170 min dollar vəsait düşür. Fond neft-qaz satışından əldə edilən vəsaiti xarici səhm, istiqraz və daşınmaz əmlaka yatırır.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ümumi aktivlər üzrə gəlirliliyi 2015-ci ildə 0,89% təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/norvec-neft-fondu-iii-rubde-4-gelirlilik-gosterib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR