FED-in faiz qərarı ilə bağlı kritik rəqəm açıqlandı

FED-in faiz qərarı ilə bağlı kritik rəqəm açıqlandı
18:03 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Sentyabr ayında ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq 156 min artıb. Proqnoz 172 min idi. Ölkədə işsizlik nisbəti isə 5%-ə qalxıb, gözlənti isə 4,9% idi.

Publika.az xəbər verir ki, orta saatlıq maaşlar sentyabrda aylıq 0.2% ilə gözləntidən aşağı artıb. İllik müqayisədə isə 2.6% ilə proqnoza paralel artıb.

Məşğulluğun proqnozdan aşağı çıxması FED-in faiz artırmaq planlarını poza bilər. Buna baxmayaraq bəzi iqtisadçılar məşğulluq bazarındakı irəliləyişin istehlakçı xərcləri və daha çox maaş artımını dəstəkləyəcəyi, FED-i ilin sonuna qədər faiz artımı üçün cəsarətləndirəcəyini bildirirlər.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/171350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR