Səkinə İsmayılovaya mükafat təqdim edildi - FOTO

Səkinə İsmayılovaya mükafat təqdim edildi - FOTO
18:05 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Oktyabrın 7-də Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirildi.

Milli.Az bildirir ki, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından danışdı. Bildirdi ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mədəniyyət xadimlərinə göstərilən qayğı, onların yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, mədəniyyət və incəsənətlə müvafiq dövlət proqramlarının qəbul edilməsi, bu sahələrə dair qanunvericiliyin, hüquqi-normativ bazanın daha da təkmilləşdirilməsi bu diqqətin bariz nümunəsidir.

Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi qeyd etdi.

Bildirildi ki, Prezident İlham Əliyev mütəmadi olaraq müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırır. Ölkə həyatının digər sahələri ilə müqayisədə mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət aləmin zənginliyini, bu sahədə əldə olunan nailiyyətləri əks etdirir. Bu gün incəsənət ustalarımız müxtəlif ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər, dünyanın dörd bir tərəfindən mədəniyyətimizin əks-sədası gəlir, Azərbaycan mədəniyyətinə dünya xalqlarının marağı gündən-günə artmaqdadır. Ölkəmiz dünya səviyyəsində daha geniş tanınır. Kino, teatr, musiqi sahəsində çalışan insanlar böyük sevgi ilə mədəniyyətimizi, incəsənətimizi təbliğ edirlər. Mədəniyyət xadimləri ölkə rəhbərliyinin apardığı siyasəti hər zaman dəstəkləyərək Azərbaycan naminə görülən işlərə öz yaradıcı töhfələrini verirlər. Biz bu sahədə çalışan insanlardan daha böyük uğurlar, mədəniyyətimizin inkişafı və tanıdılmasına xidmət edən yeni layihələr və nailiyyətlər gözləyirik.

Nazir daha sonra dedi: "Bu gün fəxri ada layiq görülənlər arasında təkcə azərbaycanlılar deyil, xarici ölkələrdə Azərbaycan mədəniyyətinin tanınmasına xidmət edən insanların da adına rast gəlirik. Bu da sevindirici haldır. Hər bir mükafat, təltif yaradıcı insanlara böyük dəstək və təkandır. Bu, yaradıcı potensialın güclənməsinə bir avansdır. Bunun müqabilində həmin insanlar daha da şövqlə yaşayıb yaratmalıdır".

Sonra Əbülfəs Qarayev ölkə başçısının 2016-cı ildə imzaladığı müvafiq sərəncamlarla təltif olunmuş xalq artistləri Səkinə İsmayılova, Ramiz Fətəliyev, Ağaverdi Paşayev və Vidadi Muradova "Şöhrət" ordenini, "Xalq artisti" adına layiq görülən aktyor Şamil Süleymanov və kamança ifaçısı Munis Şərifova fəxri adın medal və vəsiqələri təqdim etdi.

"Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları, "Əməkdar mədəniyyət işçisi", "Əməkdar artist", "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülmüş şəxslərə də mükafatların vəsiqə və medalları təqdim olundu. Həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə aşıq sənətinin inkişafında xidmətlərinə görə təltif olunmuş bir qrup aşığa "Əməkdar mədəniyyət işçisi", Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 90 illik yubileyi münasibətilə mükafatlandırılmış ansamblın üzvlərinə isə "Əməkdar artist" fəxri adları təqdim edildi.

Təltif olunanlardan Səkinə İsmayılova, Ağaverdi Paşayev, Müşfiq Hətəmov və digərləri çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.

Nazir Əbülfəs Qarayev mükafatlandırılan mədəniyyət və incəsənət xadimlərini təbrik edərək onlara gələcək işlərində, ölkəmizin, mədəniyyətimizin tərəqqisi və təbliğində yeni uğurlar arzuladı.

Milli.Az




































































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ağdaşda 6 otaqlı ev yanıb

20 Avqust 2017 00:50

Hovuzlar dənizdən daha təhlükəlidir? - VİDEO

20 Avqust 2017 00:43

Prezident: "Bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır"

20 Avqust 2017 00:29

Aslanlarla dostluq edən alim

20 Avqust 2017 00:26

“Neftçi” azarkeşlərindən növbəti etiraz – “İstefa”

20 Avqust 2017 00:23

Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var

20 Avqust 2017 00:22

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:13

Kamerunda dəhşətli qəza

20 Avqust 2017 00:07

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb - 7 nəfər xəsarət alıb

19 Avqust 2017 23:58

Hikmət Hacıyev: “BMT Baş Katibinin çağırışını dəstəkləyirik”

19 Avqust 2017 23:54

Yaksək maaşlı iş axtaranlar, diqqət

19 Avqust 2017 23:54

Sabaha olan hava proqnozu - 36 dərəcə isti

19 Avqust 2017 23:38

26 yaşlı gənc bıçaqlandı

19 Avqust 2017 23:36

"Qarabağ"ın rəqibi "Kopenhagen" çümpionatda çətin qələbə qazanıb

19 Avqust 2017 23:32

Sızanaqları yox edən təbii maskalar - Aspirin, gil, darçın...

19 Avqust 2017 23:23

Bal ayına hazırlaşanlar, diqqət!

19 Avqust 2017 23:21

Barselonada müsəlmanlar etiraz etdilər

19 Avqust 2017 23:19

Samuxda “Yenikənd” yarımstansiyası istifadəyə verilib

19 Avqust 2017 23:07

"Futbolçuların 99,9 faizi “ulduz xəstəliyi”nə tutulur" - Qurban Qurbanov

19 Avqust 2017 23:07

"Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında qabaqcıl yerdədir"

19 Avqust 2017 23:03

"Başlanğıcda başqa komandalarla oynamaq istərdik" - Zaur Svanadze

19 Avqust 2017 22:57

"Kopenhagen"dən əzmkar qələbə

19 Avqust 2017 22:57

Kənan Doğulu ilə Beren Saat Bodrumda - FOTOLAR

19 Avqust 2017 22:53

Qurban Qurbanov: "Bu gün Əfan komandaya faydalı oyunçudur"

19 Avqust 2017 22:52

Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada

19 Avqust 2017 22:48

Hikmək Hacıyev: "Azərbaycan mülki insanlarının hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biridir"

19 Avqust 2017 22:47

27 yaşlı oğlan naməlum şəraitdə bıçaqlandı

19 Avqust 2017 22:44

"Qarabağ" "İnter"i məğlub etdi

19 Avqust 2017 22:34

İnsanın ruhuna rahatlıq verən, baxmaqdan doymayacağınız TƏBİƏT FOTOLARI

19 Avqust 2017 22:33

Dördüncü Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

19 Avqust 2017 22:32

"İnter"in baş məşqçisi: "Qışa kimi bizə çox çətin olacaq"

19 Avqust 2017 22:27

Soğanın qiyməti xeyli ucuzlaşdı - VİDEO

19 Avqust 2017 22:23

Rusiya prezidentinə paytaxtı dəyişmək təklif olunub

19 Avqust 2017 22:22

VİDEO: Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə...

19 Avqust 2017 22:18

"Qarabağ" "İnter"i məğlub edib

19 Avqust 2017 22:07

İlham Əliyev: “Yeni yanaşma ilə kənd təsərrüfatında məhsuldarlığın artımına nail olacağıq”

19 Avqust 2017 22:03

Türkiyədə zibil maşınında partlayış

19 Avqust 2017 22:02

Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada - YENİ VİDEO

19 Avqust 2017 21:48

"Neftçi" debütanta da uduzdu - VİDEO

19 Avqust 2017 21:47

Kişinin diqqətini cəlb etməyin yolları

19 Avqust 2017 21:42

Prezident: "Kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək"

19 Avqust 2017 21:39

Qadınlar döyüşərsə...- FOTOLAR

19 Avqust 2017 21:33

Azərbaycan Premyer Liqasında debütant "Səbail” flaqmanı məğlub edib

19 Avqust 2017 21:27

Dənizdə boğulmaq üzrə olan 2 şəxs xilas edilib

19 Avqust 2017 21:27

Qızına yetirdikləri xəsarətə görə otel işçilərini tənbeh edən AKTRİSA DÖYÜLDÜ

19 Avqust 2017 21:23

Hindistanda qatarın 6 vaqonu relsdən çıxıb

19 Avqust 2017 21:13

"Qol buraxmamaq, heç-heçə etmək istəyirdik" - Samir Əliyev

19 Avqust 2017 21:07

Qatar relsdən çıxdı: 20 ölü, 150 yaralı

19 Avqust 2017 21:04

Azərbaycanlı gənclərdən MÖHTƏŞƏM İXTİRA - yeni təyyarə - VİDEO

19 Avqust 2017 21:03

Türkiyədə güclü partlayış

19 Avqust 2017 20:58