Bakıda taksi qəzaya səbəb oldu, xəsarət alan var

Bakıda taksi qəzaya səbəb oldu, xəsarət alan var
18:07 7 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
"Report" un məlumatına görə, "Daewoo Gentra" markalı avtomobillə "Toyota Camry" markalı minik maşını toqquşub.
Nəticədə "Toyota" markalı avtomobilin sürücüsü ağır xəsarət alıb.
Məlumata görə, "Toyota Camry" markalı minik avtomobili yol ayrıcından sola dönmək istəyib. Yüksək sürətlə gələn "Daewoo Gentra" markalı avtomobil sola dönmək istəyən minik maşınına çırpılıb. Qəza nəticəsində H.Əliyev prospektində nəqliyyatın sıxlığı yaranıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəlib. Araşdırma işlərinə başlanılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-taksi-qezaya-sebeb-oldu-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR