Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda taksi qəzaya səbəb oldu: yaralı var

Bakıda taksi qəzaya səbəb oldu:  yaralı var

Date: 7 October 2016 18:17

Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, "Daewoo Gentra" markalı avtomobillə "Toyota Camry" markalı minik maşını toqquşub.
Nəticədə "Toyota" markalı avtomobilin sürücüsü ağır xəsarət alıb.

Məlumata görə, "Toyota Camry" markalı minik avtomobili yol ayrıcından sola dönmək istəyib. Yüksək sürətlə gələn "Daewoo Gentra" markalı avtomobil sola dönmək istəyən minik maşınına çırpılıb. Qəza nəticəsində H.Əliyev prospektində nəqliyyatın sıxlığı yaranıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəlib. Araşdırma işlərinə başlanılıb.

Milli.Az


Tags:  Bakıda taksi qəzaya səbəb oldu yaralı var

RƏYLƏR


Top news