Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Beynəlxalq teatr təşkilatlarının rəhbərləri Bakıya gələcək

Beynəlxalq teatr təşkilatlarının rəhbərləri Bakıya gələcək

Alişan və Simge Bakıya gəlir (28 Fevral 2017 16:05)
Bosniyanın dövlət başçısı Bakıya gələcək (24 Fevral 2017 11:43)
Səudiyyə Ərəbistanı şahzadəsi Bakıya gəlir (17 Fevral 2017 12:43)

Tarix: 7 Oktyabr 2016 18:17

Bakı. 7 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.
Nazirlikdən “Report”a verilən məlumata görə, noyabrın 7-8-də baş tutacaq konfransa 40-dək ölkədən 150-yə yaxın nümayəndə, o cümlədən beynəlxalq teatr qurumlarının rəhbər və təmsilçilərinin qatılacağı gözlənilir.
Konfransın iştirakçıları arasında Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının prezidenti Cin Qrehem-Cons (ABŞ), Beynəlxalq Teatr İnstitutunun prezidenti Məhəmməd Ələfxam (Birləşmiş Ərəb Əmirlikləri), Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankoni (İsveçrə), institutun Yaxın Şərq ölkələri üzrə müşaviri İbrahim Assiri (Səudiyyə Ərəbistanı), Musiqili Teatrlar Birliyinin baş katibi Natalya Zıkova (Rusiya), Beynəlxalq Teatr Tədqiqatları Federasiyası idarə heyətinin üzvü Boris Daussa-Pastor (İspaniya) və başqa teatr qurumlarının, müxtəlif ölkələrin aparıcı teatrlarının rəhbərləri, tanınmış teatrşünaslar yer alacaq.

Teqlər:  Beynəlxalq teatr təşkilatlarının rəhbərləri Bakıya gələcək



RƏYLƏR


Top xəbərlər