Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Beynəlxalq teatr təşkilatlarının rəhbərləri Bakıya gəlir

Beynəlxalq teatr təşkilatlarının rəhbərləri Bakıya gəlir

Alişan və Simge Bakıya gəlir (28 Fevral 2017 16:05)
Səudiyyə Ərəbistanı şahzadəsi Bakıya gəlir (17 Fevral 2017 12:43)
Səudiyyə Ərəbistanının məşhur kəşfiyyatçısı Bakıya gəlir (17 Fevral 2017 12:37)

Tarix: 7 Oktyabr 2016 18:21

7-8 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr konfransı keçiriləcək.

Axşam.az nazirliyin saytına istinadən xəbər verir ki, tədbirə 40-dək ölkədən 150-yə yaxın nümayəndənin, o cümlədən beynəlxalq teatr qurumlarının rəhbər və təmsilçilərinin qatılacağı gözlənilir.

Konfransın iştirakçıları arasında Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının prezidenti Cin Qrehem-Cons (ABŞ), Beynəlxalq Teatr İnstitutunun prezidenti Məhəmməd Ələfxam (Birləşmiş Ərəb Əmirlikləri), Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankoni (İsveçrə), institutun Yaxın Şərq ölkələri üzrə müşaviri İbrahim Assiri (Səudiyyə Ərəbistanı), Musiqili Teatrlar Birliyinin baş katibi Natalya Zıkova (Rusiya), Beynəlxalq Teatr Tədqiqatları Federasiyası idarə heyətinin üzvü Boris Daussa-Pastor (İspaniya) və başqa teatr qurumlarının, müxtəlif ölkələrin aparıcı teatrlarının rəhbərləri, tanınmış teatrşünaslar yer alacaq.


Teqlər:  Beynəlxalq teatr təşkilatlarının rəhbərləri Bakıya gəlir



RƏYLƏR


Top xəbərlər