"Gərək kişini yedizdirəsən, sonra istəyini deyəsən" - MÜSAHİBƏ - FOTO

"Gərək kişini yedizdirəsən, sonra istəyini deyəsən" - MÜSAHİBƏ - FOTO
18:37 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az lent.az-a istinadən bildirir ki, Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Fidan Hacıyevanın müsahibəsini təqdim edir.

- Fidan xanım, üçüncü övladınız dünyaya gəldikdən sonra əvvəlki çəkinizə tez bir zamanda qayıtdınız. Bunun öhdəsindən necə gəldiniz?
 
- Çalışdım özümü toparlayım. Çünki səhnə incəliyi sevir. İdmanla məşğul oldum. Əslində mən çox məşğul biriyəm, yerimdə oturmuram. Səhər saat 6-da yuxudan oyanıram, uşaqlara səhər yeməyi hazırlayıram, məktəbə yola salıram. Ardınca balacanı bağçaya aparıram. Sonra bir saat səsimlə məşğul oluram. Bu yaxınlarda pedaqoji fəaliyyətə başlamışam, tələbələrim var, Opera və Balet Teatrında işləyirəm, məşqlər, tamaşalarım olur. Sonra uşaqlar məktəbdən gəlir. Gün boyu bu cür qaçhaqaçda olmağım normal çəkidə qalmağımı təmin edir. Təbii ki, həm karyeranı davam etdirmək, həm ana olmaq çox çətindir. Ancaq çatdırıram. Sadəcə özümə yetəri qədər vaxt ayıra bilmirəm.
 
- Hamiləlikdə də çəkiniz çox artmamışdı.
 
- Elədir. Çalışdım az yeyim, sağlam qidalandım, meyvə-tərəvəzə üstünlük verdim. Bunlar adamı kökəltmir. Uşaq dünyaya gəldikdən sonra karyerama tez başladım, fasilə olmadı. Heç analıq məzuniyyətinə də çıxmadım. Evdəkilər də dəstək olurdu. Uşaq olandan sonra əvvəl bir az pəhriz saxladım, indi hər şey yeyirəm. Çünki həyat tərzim, işlərim enerji tələb edir.
 
- Gərgin iş qrafikinizin olduğunu dediniz. Uşaqlara baxmaqda sizə kim kömək edir?
 

- Uşaqlar artıq böyükdür. Balaca da bağçaya gedir. Təbii ki, evdə anam, bacım kömək edir. Dayəmiz yoxdur. Bəlkə də anamla bacım olmasaydı, mən də dayə tutardım. Amma onlar olduğu üçün ehtiyac yoxdur. Uşaqlara özümüz baxırıq. Axşam saat 4-5-də evdə olmalıyam. Uşaqlara vaxt ayırıram, gəzintiyə çıxırıq, dərsləri ilə maraqlanıram. Onların yeməkləri mənim üçün çox önəmlidir. İşləri vaxtında edəndə, planlaşdıranda hər şeyə vaxt tapırsan.
 
- Son illər mədəniyyət sahəsində çoxuşaqlı analara rast gəlinir. Elnarə Xəlilovanın 4-cü övladı dünyaya gəldi, Gülyanaq Məmmədovanın 4-cü övladı olacaq. Sizin də belə bir planınız var?
 

- Bu, bir qismətdir. Həm də bacının qardaşı, qardaşın qardaşı, bacının bacısı olmalıdır. Çox uşaq saxlamağın da öz çətinliyi var. Sənətdə olmaq, həm də çoxuşaqlı ana olmaq, övladlarla məşğul olmaq, onların qayğısına qalmaq asan deyil. Mən də çoxuşaqlı ailəni sevirəm. İngiltərədə olanda bir də görürdün ki, ana gedir, 5-6 uşaq da onun arxasınca.
 
- Uşaqlara yeməkləri özünüz bişirirsiniz?
 
- Xeyr. Şirniyyatı çox sevirlər. Özüm onlara yalnız şirniyyat bişirirəm. Yemək işlərinə anam kömək edir. Çünki mənim mətbəxə girməyə vaxtım olmur. Təbii ki, hansısa yeməkləri özüm bişirirəm. Əsas səhər yeməklərini özüm hazırlayıram. Çalışıram özüm də nəsə edim, görsünlər ki, mətbəxdə ana da var.
 
- Belə çıxır ki, mətbəxlə aranız yoxdur?
 
- Əslində, mətbəxi çox sevirəm. Mətbəxlə aram yaxşıdır, əlimdən də gəlir. Özümdən improvizasiyalar edirəm. Hansısa restorana gedəndə menyulara baxıram. Oradan da reseptlər götürürəm. Özümün də iştaham yaxşıdır. O qədər enerji sərf edirəm ki, onu bərpa etmək üçün yemək lazımdır. Amma gərək daim hərəkətdə olasan. Elə adamlar var ki, yeyirlər, sonra da uzanıb yatırlar. Təbii ki, kökələrsən. Yedin, gərək işinlə məşğul olasan. Ev xanımısansa, ev işləri ilə məşğul ol. Oturmaq olmaz, daim hərəkətdə olmalısan.
 
- Bizdə belə bir söz var - kişinin ürəyinə gedən yol mədəsindən keçir. Sizin həyat yoldaşınız da bu cür kişilərdəndir?
 
- Yox, elə deyil. Amma təbii ki, bütün kişilər yeməyi sevir. Ac adam əsəbi olur. Ona görə də gərək kişini yedizdirəsən, sonra da sözünü, istəyini deyəsən (gülür).
 
- Həyat yoldaşınız Azərbaycan mətbəxinə öyrəşib?
 
- Bizim mətbəxi çox sevir. Aşı, fisincan plovu, dolmanı sevir, paxlava, şəkərburanı bayramlarda məmnuniyyətlə yeyir.
 
- Özü də sizə kömək üçün mətbəxə keçir?
 
- Öz bayramlarında mətbəxə keçib Avropa yeməkləri bişirir. Biz bölüşürük, onun vaxtı olanda mətbəxə keçib öz ölkəsinin yeməklərini bişirir, mənim vaxtım olanda mən mətbəxə keçib milli yeməklərimizi hazırlayıram. Məsələn, dünən qızımla bərabər ata-bala şirniyyat bişirdilər. Çox da dadlı alındı, səhər yeməyində yedik. Kişinin həyat yoldaşına kömək etməsi çox yaxşıdır.
 
- Hamiləlikdə qadınların üzü şişir, sonra arıqlayırlar və dəridə boşalma, sallanmalar baş verir. Təbii ki, kosmetoloqa müraciət etməli olurlar. Bu baxımdan özünüzə necə qulluq edirsiniz?
 
- Kosmetoloqa az müraciət edirəm. Öz kremlərim, maskalarım var. Evdə özüm-özümə qulluq edirəm, oxuyub araşdırıram. Müasir dövrdə internetdə hər şey var. Cürbəcür maskalar, kremlər hazırlayıram. Gözəllik salonuna yalnız makiyaj və saç üçün gedirəm. Saç ustam var, saç düzümlərimə diqqət edir, dəyişir. Bunlar səhnə üçün çox vacibdir.
 
- Səhnə daim təravətli olmağı, gəncliyi sevir. Gələcəkdə lazım olarsa, estetik, kosmetoloji prosedurlardan bəhrələnərsiniz?
 
- Lazım olanda təbii ki, etmək olar. Üzdə qüsur yaranarsa, səhnə adamı bunu aradan qaldırmalıdır. Amma hələ etdirməmişəm. Lazım olsa, mən də estetik, kosmetoloji prosedurlardan bəhrələnərəm.
 
- Bədən quruluşunuz imkan verir ki, istənilən geyimi geyinəsiniz. Geyim seçimini necə edirsiniz?
 
- Klassik müğənni olduğum üçün əsasən klassik üsluba üstünlük verirəm. Mənim stilim budur. Çox nadir hallarda cins geyinərəm. O da ki, uşaqlarla gəzməyə, əylənməyə gedəndə. İngiltərəyə gedəndə bütün alış-verişi oradan edirik. Başqa xarici ölkələrdən də geyimlər alıram. Aralarında brendlər də var. Bəzən də fikrimə hər hansı geyim forması gəlir, dizaynerlə məsləhətləşib tikdirirəm. Baxır vəziyyətə.
 
- Zinət əşyalarına, aksessuarlara nə dərəcədə önəm verirsiniz?
 
- Zinət əşyaları üçün ürəyim getmir. Amma təbii ki, hər qadının zinət əşyası olmalıdır. Gündəlik aksessuarlardan istifadə edirəm. O da geyimə uyğun olaraq.
   
- Ən çox hansı mövzularda həyat yoldaşınızla məsləhətləşirsiniz?
 
- Ev, ailə-məişət mövzularından tutmuş, yeməyə, bazarlığa qədər bütün mövzularda. Bazarlığa birlikdə gedirik. O da hər şeylə, eyni zamanda mənim işim, yaradıcılığım, planlarım, tamaşalarımla maraqlanır. Həmişə deyir ki, repertuarını genişləndir. Həyat yoldaşım mənim dostumdur. Bütün mövzularda mənə məsləhət verir. O da həmçinin bütün işlərində mənimlə məsləhətləşir.
 
- Sizcə, azərbaycanlı kişi ilə ailə qursaydınız, indiki Fidan Hacıyeva olardınız?
 
- Təbii ki. Mən elə adam seçərdim ki, sənətimlə məşğul olmağıma icazə versin. Lakin ailə qurmaq, həyatının kiminlə birləşməsi qismətdir. Mən Filippə rast gəldiyim üçün çox sevinirəm. Həyat yoldaşım özünü azərbaycanlı hesab edir, bizim ölkəmizi çox sevir. Artıq uzun illərdir burada yaşayır. Ailəsi, dostları burdadır.
 
- Azərbaycan kişilərinin çoxu üçün qadın evdə daha gözəl, daha mükəmməldir.
 
- Deməzdim. Təbii ki, hər insanın öz xarakteri var. Elə kişilər var ki, həyat yoldaşının səhnədə olması ilə qürur duyur, onun uğurlarına sevinir, karyerasına kömək edir. Xaricilərdə də evdar qadın sevən kişilər çoxdur. Deyirlər, yox, mən istəyirəm qadın evdə otursun, uşaqlara baxsın. İnsanın psixologiyası milliyyətə baxmır.
 
- Bildiyimizə görə, həyat yoldaşınız yaradıcılıqdan uzaq insandır.
 
- Çox. Lakin musiqini çox sevir. Ona görə də məni dəstəkləyir. Mənim üçün bir çox əsərləri tərcümə edib. Axırıncı ifa etdiyim və klip çəkdirdiyim "Arşın mal alan" əsərini də mənim üçün tərcümə edib.
 
- Azərbaycan dilində danışa bilir?
 
- Bir az danışır. Ona öz dilimizi öyrətmişəm.
 
- Gündəlik məişət mövzularını hansı dildə müzakirə edirsiniz?
 
-  İngilis dilində. Çünki onun üçün Azərbaycan dilində bu mövzuda danışmaq çətindir. Amma mənə sevgi və gözəl sözləri yalnız Azərbaycan dilində deyir. Bütün sevgi sözlərini çox yaxşı bilir. Problemləri isə ingilis dilində həll edirik. Lakin hərdən nəyisə müzakirə edəndə mən öz dilimizdə danışıram, o da öz dilində (gülür).
 
- Bəs uşaqlar Avropa psixologiyası, dünyagörüşü ilə böyüyür, yoxsa Azərbaycan?
 
- Mənə elə gəlir ki, Azərbaycan. Çünki anam, bacım, mən - biz onların ətrafındadır çoxluq təşkil edirik. Uşaqların dostları da azərbaycanlılardır. Oğlum Davud deyir ki, ana, evdə ata ilə Azərbaycan dilində danış. Deyirəm, axı ata Azərbaycan dilində çox şeyi başa düşmür. Deyir, onda öyrət. Harasa gedəndə bəzən ingilis dilində danışırıq, oğlum narazılıq edir ki, ana, mənimlə Azərbaycan dilində danış. Ataları ilə ingilis, mənimlə Azərbaycan dilində danışırlar. Hər iki dili də çox gözəl bilirlər.
 
- Həyat yoldaşınızın işi Bakı ilə bağlı olduğu üçün burada qaldı, yoxsa məhz sizə görə?
 
- Mənə görə Bakıda qaldı. Sənətimlə məşğul olum deyə buranı seçdi. Bilir ki, sənətimi çox sevirəm, ölkəmi xaricdə təmsil edirəm. Özü də görür ki, Azərbaycana lazım olan insanam. Ona görə də hər zaman məni anlayır və bütün işlərimdə dəstəkləyir.
 
- Amma sizin də İngiltərəyə gedib orada karyera qurmaq imkanınız var idi.
 
- Düzdür. Amma mən ölkəmdə qalmağı üstün tutdum. Davamçılarımı yetişdirirəm. Bizim sənətimiz böyük peşədir. Təbii ki, çox çətinliklər çəkmişəm. Bu sahədə biznes yoxdu. Amma düşündüm ki, ölkəmdə, öz yaxınlarımın, əzizlərimin yanında daha yararlı olaram. Klassik musiqini, opera sənətini saxlamaq, yüksəltmək mənim borcumdur. Tək mənim yox, bu işlə məşğul olan dostlarımın da. Biz mədəniyyətlə məşğul oluruq, incəsənətimizi dünyada təbliğ edirik.
 
- Bəlkə də başqa xanım olsaydı, İngiltərəyə köçüb orada karyera qurmağı özünə şans bilərdi.
 
- Mənim üçün bu, bir şans deyil. Mən həyat yoldaşımı bura gətirdim. Dedim, sən gəl bura, mənim vətənimdə qal. O da gəldi və artıq bura onun da vətənidir.

Milli.Az









RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Daşkəsəndə mənşəyi məlum olmayan heyvan əti aşkarlandı - FOTOLAR

27 Aprel 2017 21:13

Bitlisdə hərbçilərə qadın PKK-çılar hücum edibmiş

27 Aprel 2017 21:04

Yaşın nə fərqi var ki?! 77 yaşlı aktyor gənc sevgilisi ilə bu vəziyyətdə göründü – FOTOLAR

27 Aprel 2017 21:03

Döyməli gəlinlər - FOTOLAR

27 Aprel 2017 21:03

DİN-in polis veteranları cinayətkarlıqla mübarizədə fəallıq göstərirlər

27 Aprel 2017 21:02

Baş nazirin evi qarət edildi

27 Aprel 2017 20:57

İslamiada: Basketbol yığmamızın heyəti açıqlandı

27 Aprel 2017 20:48

Azərbaycanda ilk dəfə tamaşa işarət dili ilə tərcümə olunacaq

27 Aprel 2017 20:47

Ruslan Abışov “Bakı Marafonu 2017”yə qatılacaq

27 Aprel 2017 20:37

Bu ölkədə fahişəlik qanunidir –

27 Aprel 2017 20:34

Gəncədə həyat yoldaşını döyərək xəstəxanalıq edən şəxs saxlanılıb

27 Aprel 2017 20:32

Bu ilin I rübündə istehlakçılara 57 mln. kubmetr həcmində su verilib

27 Aprel 2017 20:27

TRT Radioları 90 illik yubileyini 90 saatlıq canlı yayımla qeyd edəcək

27 Aprel 2017 20:22

Baş nazirin evin qarət olundu

27 Aprel 2017 20:19

Dostları Ədalət Şükürovun ad günündə

27 Aprel 2017 20:15

“Nezavisimaya qazeta”: Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır

27 Aprel 2017 20:13

Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı məkan istifadəyə verilib

27 Aprel 2017 20:07

Moskvanın müharibə SSENARİLƏRİ, Qarabağ üçün SABAH... – GÜNÜN SİYASİ XÜLASƏSİ

27 Aprel 2017 20:03

Komitə rəsmisi: "Dünyada uzun illərdir məqsədyönlü şəkildə islamofobiya hökm sürür"

27 Aprel 2017 20:02

“Birincilər”in bombardiri bəlli oldu

27 Aprel 2017 19:59

Qəbələdə "Su festivalı" keçirilib

27 Aprel 2017 19:57

Ağdaşda süni balıq gölü sakinlər tərəfindən dağıdılıb

27 Aprel 2017 19:57

Berlində həyəcanlı dəqiqələr:

27 Aprel 2017 19:55

Kim yeni bikinisi ilə - FOTO

27 Aprel 2017 19:54

Ermənistanda vəkillər həmkarlarını döyüblər

27 Aprel 2017 19:52

Bu il Xəzərin Azərbaycan sahillərində 21 çimərlik yaradılacaq

27 Aprel 2017 19:43

“İS(S)İ 2015: İqtisadiyyatın liberallıq potensialı” kitabının təqdimatı keçirilib

27 Aprel 2017 19:42

"Qalatasaray"a cəza: azerkeşsiz oynayacaq

27 Aprel 2017 19:39

Naxçıvanda təlim keçirilir

27 Aprel 2017 19:33

Şimali Koreyadan qurtulmaq istəyənlər bizə sığınsın -

27 Aprel 2017 19:32

"Kara Sevda"ın Nihalından ilginc addım: Dodağına "K" döydürdü

27 Aprel 2017 19:29

"Naftoqaz"ın Rusiyanın "Qazprom" şirkətinə borcu 37 mlrd. dollara çatıb

27 Aprel 2017 19:27

Bakı ermənisi Sülh Platformasının ofisinə baş çəkdi - FOTO

27 Aprel 2017 19:24

Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri ala bilər

27 Aprel 2017 19:22

Rusiya XİN rəsmisi Azərbaycan jurnalistlərini təhqir etdi - VİDEO

27 Aprel 2017 19:18

Zakir Həsənov Türkiyə Jandarma Baş komandanı ilə görüşüb

27 Aprel 2017 19:13

Əbülfəs Qarayev: "Turizm haqqında" yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq"

27 Aprel 2017 19:12

Naxçıvanda komanda-qərargah təlimi keçirilir

27 Aprel 2017 19:09

Dağlıq Şirvanda sahibkarlara 1,5 mln. manat güzəştli kredit verilib

27 Aprel 2017 19:02

Siyasətçidən kitab yazdı, 1 milyon avro ziyana düşdü

27 Aprel 2017 18:53

Zakir Həsənov ordu generalı Yaşar Gürellə görüşdü

27 Aprel 2017 18:49

Moskva görüşü öncəsi düşmən TƏŞVİŞ İÇİNDƏ: müharibə qərarına SAATLAR QALDI

27 Aprel 2017 18:48

Azərbaycanla Monteneqro arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb

27 Aprel 2017 18:47

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın ilk mərhələsi başlayır

27 Aprel 2017 18:35

SORĞU: Kişi və qadın arasında yaş fərqi nə qədər olmalıdır?

27 Aprel 2017 18:34

60 yaşında 3-cü dəfə evlənən polkovnikin oğlu ATASININ BÜTÜN SİRLƏRİNİ AÇDI: "O bizdən..."

27 Aprel 2017 18:33

Göygöl rayonunun Aşağı Zurnabad kəndində top/minaatan mərmisi aşkarlanıb

27 Aprel 2017 18:32

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

27 Aprel 2017 18:27

Azərbaycanın qadın güləşi üzrə yığma komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb

27 Aprel 2017 18:27

Arda Turanın malikanəsinin görüntüləri yayıldı

27 Aprel 2017 18:26