Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Təbəssümü ilə könüllərdə taxt quran ulduzlar - FOTO

Təbəssümü ilə könüllərdə taxt quran ulduzlar - FOTO

Date: 7 October 2016 18:47

Bu gün beynəlxalq təbəssüm günüdür. Beynəlxalq təbəssüm günü hər il oktyabrın birinci cümə günü qeyd olunur. Özünü Xoşbəxtlik və Ümumdünya Təbəssüm Korporasiyasının beynəlxalq səfiri təyin edən, 2001-ci ildə həyatdan köçən amerikalı rəssam Xarvi Boll hər il oktyabrın birinci cümə gününün təbəssüm günü kimi qeyd olunmasını istəyib. Beynəlxalq təbəssüm günündə "Xeyirxah iş gör!" "Kiməsə gülməyə kömək et!" əsas şüarlardır.

Milli.Az publika.az-a istinadən bildirir ki, tanınmış psixoloq və yazar Deyl Karneqi hesab edir ki, təbəssüm cəlbedici imicin yaradılmasında əsas komponentdir. Elə buna görə də, XX əsrin 50-ci illərində "Hollivud təbəssümü" ulduz davranışına daxil olur. Qaraqabaq adamların sevilməməsinin əsas səbəbi bəlkə də budur. Çünki onlar müsbət enerji ötürüb özləri haqqında xoş fikir formalaşdıra bilmir. Təbəssüm, yalnız dişləri göstərməkdən ibarət deyil, eyni zamanda, pozitiv görünmək bacarığıdır, müsbət enerji ötürmək qabiliyyətidir.

Biz bu günün şərəfinə Hollivud təbəssümü ilə yaddaşlarda qalan məşhurların siyahısın hazırlayıb.

Merilin Monro

Amerikada aparılan sorğular əsasında məlum olub ki, ən gözəl təbəssüm XX əsrin ən valehedici sarışını Merilin Monroya xasdır. Sorğuda iştirak edənlər birmənalı olaraq bildiriblər ki, o bütün zamanların ən gözəl təbəssümə sahib olan qadınıdır. Monro parlaq, qeyri-adi dərəcədə ehtiraslı və seksual qadını kimi gülməyi bacarırd. Onun gülüşü həqiqətən də canlı və təsirli idi. O, uşaqsayağı gülməyi yaxşı bacarırdı. Onun həyatını araşdıranlar iddia edir ki, Merlin Monro bir neçə dəfə plastik əməliyyat keçirib. Keçən il çıxan sənədlər də sarışın şahzadənin burun və çənə nahiyəsində bir neçə dəfə ciddi əməliyyat keçirdiyini sübuta yetirmişdi. Bu sənədlər aktrisanı əməliyyat edən cərraha aid idi. Gənclik şəkillərinə baxsaq, əslində, onun ideal hamar dişlərinin də peşəkar diş həkimlərinin qüsursuz əl işi olduğunu deyə bilərik.

Culiya Roberts

Aktrisa Culiya Robertsin baş rolda oynadığı "Gözəlçə" filmi işıq üzü görəndən sonra o, birdən-birə populyar olmağa başladı. Onun gözəlliyinin əsas özəlliyi isə saf təbəssümündə gizlənir. Gəncliyində həddindən artıq utancaq olduğu üçün suallara gülümsəyərək cavab verirdi. Və bu təbəssüm təbii möcüzələr yaradır. Culiya Robertsin saf gülüşü onu digərlərindən fərqləndirən əsas keyfiyyətidir.

Uitni Hyuston

Əfsanəvi müğənni Uitni Hyuston ömrünün son illərində dramatik hadisələr yaşamasına baxmayaraq, pop-mədəniyyəti tarixinə təkcə əbədi olaraq böyük müğənni kimi daxil olmayıb, həm də səmimi və şən insan kimi düşüb. Hətta həyatının ağır dönəmlərində də dodaqlarından gözqamaşdırıcı təbəssümü əskik olmurdu.

Eva Lonqoriya

Məşhur aktrisa Eva Lonqoriya da qüsursuz təbəssümü ilə ətarafa pozitiv enerji saçır.

Meqan Foks

Qüsursuz qadın və aktrisa Meqan Foks da proporsional qəşəng dişlərin sahibidir. Onun təbəssümü bir az dəhşət hissi oyadan məşum, vəhşi və aldadıcı qadını xatırladır. Milyon dollarlıq qadının bu təbəssümünün tayı-bərabəri yoxdur.

Kameron Diaz

Komediya janrının əvəzolunmaz aktrisası Kameron Diazın böyük dişləri onun təbəssümü daha valehedici edir. Onun bu təbəssümü hər kəsə müsbət emosiyalar ötürür.

Holli Berri

Aktrisa Holli Berri parlaq qadın xarizmasına malik olan ulduzdur. Onun xarizması isə gözəl təbəssümündə gizlənib. Gülüş insanı cavanlaşdırır məsəli elə bilirsiniz yalandır? Holli Beri bu məsəlin bariz nümunəsidir. Yaşı 48 olsa da, məhz bu təbəssümü aktrisanın gəncliyini qoruyub saxlayır və hər zaman çəkici göstərir.

Keyt Bekinseyl

Deyirlər ki, aktrisaKeyt Bekinseylin təbəssümü ən peşəkar diş həkimlərinin əməyidir. Bu gün o, Hollivudun ən sakit və gözəl təbəssümə malik olan ulduzlarından biri sayılır.

İrina Şeyk

Modellər podiumda ciddi və qaşqabaqlı gəzsə də, qırmızı xalıda bal dodaqlardan süzülən Hollivud təbəssümü əskik olmur. İrina Şeykin həcmli dodaqlarında yaranan təbəssümü və inci kimi dişləri kişiləri heyran edir.

Ancelina Coli

Bu dodaqlarda onun təbəssümü necə pis ola bilər axı?! Böyük ağappaq dişləri ulduzu pis vəziyyətdə qoymur. Planetin əksər kişiləri onun bu gülüşünə sitayiş etməyə belə hazırdır... Aktrisa ağır xəstəlik keçirməyinə baxmayaraq, istənilən vaxt pozitivliyini qoruyub saxlayır. Xeyirxahlıq mələyinin gülüşü bütün qəlblərə məlhəm ola bilər.

Beyonse

Tünd dərili ulduzu - Beyonsu kişilərin niyə sevdiyini hələ də bilmirsiniz? Onu cəlb edən təkcə seksual bədən quruluşu və tünd dərisi deyil. Onun kişilərin sevimlisinə çevrilməsinin əsas səbəbi xoş aurası və pozitivlik yayan təbəssümüdür. Onun bu təbəssümü olmasaydı, bəlkə də bu qədər sevilməzdi...

Miranda Kerr

Mələk üzlü model pozitiv təbəssümü və qəmzələri ilə istənilən kişinin qəlbimi ovsunlaya bilər.

Bred Pitt

Bred Pitt Hollivudun kişi seks-simvol etalonu hesab olunur. O, özündən əmin, amma bir qədər təmkinli təbəssüm sərgiləyir.

Metyu Makkonaxi

Metyu Makkonaxinin nurlu, qəşəng təbəssümü gənc qızları ona vurulmağa məcbur edir. O, bu təbəssümü ilə istənilən qadının qəlbini əsir ala bilər.

Milli.Az















Tags:  Təbəssümü könüllərdə taxt quran ulduzlar FOTO

RƏYLƏR


Top news