Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Polislər futbolçunu tutacaqdı, amma oyun zamanı elə bir hiyləgərlik etdi ki... - FOTOLAR

Polislər futbolçunu tutacaqdı, amma oyun zamanı elə bir hiyləgərlik etdi ki... - FOTOLAR

Date: 7 October 2016 18:53

Alimentdən yayınan futbol üzrə Ekvador yığmasının hücumçusu Enner Valensiya matçın gedişatında polisdən gizlənib.

Publika.az Azərtaca-a istinadən xəbər verir ki, maraqlı hadisə 2018-ci il dünya çempionatı seçmə mərhələsi çərçivəsində Ekvadorla Çili milliləri arasında keçən görüşdə yaşanıb. İcarə əsasında İngiltərənin “Everton” klubunda forma geyən E.Valensiya meydandan kənarda onu və görüşün başa çatmasını gözləyən polisləri görüb. O, qarşılaşmanın sonlarına yaxın ağır zədə aldığını bəhanə gətirərək əvəzlənib. Futbolçu meydandan təcili yardım personalının köməkliyi ilə dördtəkərli maşınla çıxarılıb.

Təhlükəsizlik orqan əməkdaşlarının onu yaxalamaq cəhdi isə boşa çıxıb. Həmin vaxtadək artıq həkimlər ekvadorlu oyunçunu təcili xəstəxanaya aparıblar. Sonradan məlum olub ki, futbolçunun vətənində barəsində 18 min avro alimentdən yayınma maddəsi ilə iş açılıb.





Tags:  Polislər futbolçunu tutacaqdı oyun zamanı hiyləgərlik etdi FOTOLAR

RƏYLƏR


Top news