Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağstafada 404 ədəd hərbi sursat tapıldı - FOTO

Ağstafada 404 ədəd hərbi sursat tapıldı - FOTO

Date: 7 October 2016 18:57

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Salyan və Ağstafa rayonlarında Partlamamış Hərbi Sursatlar (PHS) aşkarlanıb.

Mili.Az bildirir ki, ANAMA-nın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Salyan rayonununda Şirvan Milli Parkının ərazisində 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 93 mm-lik tank əleyhinə raket (PQ-7VL) və 1 ədəd 140 mm-lik raket (M-14 OF)) aşkar edilərək götürülüb.
 
Ağstafa rayonunun Saloğlu qəsəbəsində isə su kanalının yaxınlığında əraziyə baxış keçirilib, 404 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
 
Bunlardan 4-ü 100 mm-lik top mərmisi (BM-6), 1-i 73 mm-lik OQ-9 raketi, 1-u PQ-7 raketinin mühərrik hissəsi, 1-i 122 mm-lik top mərmisi (A-1), 3-ü 40 mm-lik silah qumbarası (VOQ-25), 3-ü siqnal raketi, 2-i güllə gilizi (12x7 mm), 1-i güllə gilizi (12x7 mm) (boş), 341-i güllə (7x62 mm), 32-i güllə (5x45 mm), 16-sı tapança gülləsi, 2-si 100 və 122 mm-lik top gilizi (boş), 1-i güllə darağı (5x45 mm) (boş), 1-i PQ-7 raketinin mühərrikinin qapaq hissəsi (boş)), 2-si isə "siqnal minası"dır. PHS-lər ərazidən götürüb.
 
Ümumilikdə, agentlik tərəfindən 7 aprel - 7 oktyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində  646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib,  3 938 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd "siqnal minası" və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Milli.Az





Tags:  Ağstafada 404 ədəd hərbi sursat tapıldı FOTO

RƏYLƏR


Top news