Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Spiker Ali Məhkəməsinin sədrini döydü

Spiker Ali Məhkəməsinin sədrini döydü

Date: 7 October 2016 19:05

Çeçenistan parlamentinin spikeri Məhəmməd Daudov respublikanın Ali Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Tahir Murdalovu döyüb. 

Milli.Az bu barədə oxu.az -a istinadən xəbər verir. 

Nəşrin məlumatına görə, Daudov 10 maşından ibarət karvanla məhkəmə binasının yanına gəlib, 40-a yaxın adam məhkəmə binasını mühasirəyə alıb və Daudov Murdalovun kabinetinə girib. 

"Spiker Ali Məhkəmənin sədrinin səlahiyyətlərini icra edən Tahir Murdalovu döyməyə başladı və ondan səhhəti ilə əlaqədar işdən çıxmaq haqqında ərizə yazmasını tələb etdi. Murdalov bu təklifə razı olmadı. Daudov ilə birgə onu bir neçə mühafizəçi də döyməyə başlayıb. Bununla yanaşı, Daudov Murdalovu öldürməklə də hədələdi". 

"Öldürmək - kişilik deyil, bundan artığını bacarmazsan, mənim itirəsi heç nəyim yoxdur", - hədəyə verilən cavab bu oldu. 

Nəticədə Daudov məhkəmə binasını tərk edib, mühasirə aradan qaldırılıb", - "Azadlıq Radiosu"nun Qafqaz layihəsinin məlumatında deyilir. 

Mənbənin məlumatına görə, Qroznıda heç bir həkim Murdalovun vəziyyəti barədə tibbi müayinə arayışını verməyə razılaşmayıb, daha sonra hakim Çeçenistan üzrə FTX idarəsinin zabitinə müraciət edib.

Milli.Az


Tags:  Spiker Ali Məhkəməsinin sədrini döydü

RƏYLƏR


Top news