Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Naftalan sakinləri nazirə qanunsuz sərnişindaşıma ilə bağlı şikayət ediblər

Naftalan sakinləri nazirə qanunsuz sərnişindaşıma ilə bağlı şikayət ediblər

Date: 7 October 2016 19:27

Bakı. 7 oktyabr. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 7-də Naftalan şəhərində vətəndaşlarla görüşüb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının "Report"a verdiyi məlumata görə, nazir Goranboy, Tərtər rayonlarında və Naftalan şəhərində yaşayan vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyib.
Vətəndaşların müraciətlərinə əsasən, Goranboy-Tapqaraqoyunlu yeni marşrut xəttinin açılması, Goranboy-Goran stansiyası yeni marşrut xəttinin açılması, eləcə də Goranboy-Xanqərvənd yeni marşrut xəttinin açılması təklif olunub.
Eyni zamanda, Tərtər avtovağzalının yaxınlığında qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi, qanunsuz sərnişindaşıma ilə məşğul olan bəzi şəxslərin həmin xəttə kənar müdaxilələrinin qarşısının alınması, Naftalan- Səfikürd avtomobil yolunun ( 5 km ) təmiri üçün müraciətinin müvafiq quruma göndərilməsi, Naftalan-Bakı-Naftalan və Naftalan-Gəncə-Naftalan marşrut xəttlərində işləyən avtobusların yeniləri ilə əvəz olunması xahiş olunub.
Tərtər rayonunun nəqliyyat-yol kompleksində və görülmüş digər işlərlə əlaqədar minnətdarlıq ifadə olunub. Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.



Tags:  Naftalan sakinləri nazirə qanunsuz sərnişindaşıma bağlı şikayət ediblər

RƏYLƏR


Top news