Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Norveç yığmasının baş məşqçisi: "Ümid edirəm ki, Bakıda ot örtüyü rənglənməyəcək"

Norveç yığmasının baş məşqçisi: "Ümid edirəm ki, Bakıda ot örtüyü rənglənməyəcək"

Date: 7 October 2016 19:32

Yenidən Bakıya gəlməyimizə şadam. İki il əvvəl Bakıda Azərbaycanla oynamışdıq. Burada futbolun inkişafı bizi sevindirir. Yığmada oynayan futbolçuların əksəriyyətinin Avropa Liqasında oynayan klubların üzvləri olduğunu bilirik. 

Milli.Az sportnet.az-a istinadən bildirir ki, bunu Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo DÇ-2018-in seçmə mərhələsində sabah milimizlə qarşılaşacaqları oyun üçün təşkil olunmuş mətbuat konfransında deyib.

- Azərbaycana məğlubiyyət sizin üçün faciə olacaq?

- Qalib gəlmək istəyirik. Azərbaycanla oynadığımız son oyunda hesab açılmamışdı. Sabah uğurlu nəticə qazanmağa çalışacağıq.

- Azərbaycanla Bakıda əvvəlki oyununuz "Bakcell Arena"da olmuşdu. İndi isə böyük stadionda qarşılaşacaqsınız.

- Stadion çox gözəldir. Xoşbəxtik ki, görüş bu cür gözəl stadionda olacaq. Ümid edirəm ki, son görüşdə olduğu kimi ot örtüyü rənglənməyəcək.

- Əvvəlki Azərbaycan yığması ilə indiki Azərbaycan arasında nə fərq var?

- Komandada inkişaf göz önündədir. İki ildir Robert Prosineçki komandaya məşqçilik edir. Heyətin əksəriyyəti "Qarabağ"ın üzvüdür. Onlar da Avropa Liqasında kifayət qədər təcrübə qazanıblar.

- Bakıya çarter reysi ilə gəlmisiniz və bu, yerli mətbuat tərəfindən müsbət qarşılanmayıb. Düşünmürsünüz ki, məğlub qayıtsanız, ölkənizdə sizin üçün işlər heç də yaxşı cərəyan etməyə bilər...

- Bu, mənim üçün yeni məlumatdır və sizdən eşidirəm. Ümid edirəm ki, həmin təyyarə Bakıdakı hava limanında bizi gözləyir.

Milli.Az


Tags:  Norveç yığmasının baş məşqçisi Ümid edirəm Bakıda ot örtüyü rənglənməyəcək

RƏYLƏR


Top news