Azərbaycan Ümumdünya Poçt İttifaqının ali orqanına üzv seçildi

Azərbaycan Ümumdünya Poçt İttifaqının ali orqanına üzv seçildi
19:35 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçildi (24 May 2017 06:28)
Azərbaycan-ABŞ əlaqələrinin 25 illiyinə həsr olunmuş poçt markası buraxıldı (08 Mart 2017 10:32)
Azərbaycan-ABŞ diplomatik əlaqələri ilə bağlı poçt markası buraxıldı (08 Mart 2017 10:18)

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Türkiyədə keçirilən 26-cı Konqresi (İstanbul, 19 sentyabr – 7 oktyabr, 2016-cı il) bu gün sona çatıb.
 
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının İstanbulda keçirilən 26-cı Konqresi çərçivəsində təşkil olunan Nazirlər Konfransında iştirak edib.
 
Konqresin nəticələri Azərbaycan üçün uğurlu olub. ÜPİ-nin 2 ali orqanından biri olan Poçt Əməliyyatları Şurasına Azərbaycanın da namizədliyi verilib və ölkəmiz Şuraya üzv seçilib.
 
Eyni zamanda Konqresdə Azərbaycan Poçt Administrasiyası adından edilən 21 təklifin əksəriyyəti qəbul olunub, bir neçəsi sonrakı müzakirələr üçün təşkilatın növbəti ildə keçiriləcək sessiyasına göndərilib.
 
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Nazirlər Konfransının “Ticarətin təşviqində poçtun rolu” mövzusunda sessiyada çıxış edərək Azərbaycanda poçt sektorunda aparılan islahatlar, elektron ticarətin təşviqi və poçt sektorunda maliyyə xidmətlərinin inkişafı ilə bağlı rellaşdırılan və perspektiv layihələr barədə tədbir iştirakçılarına məlumat verib.
 
Nazirlər Konfrası çərçivəsində  Ramin Quluzadə ilə Türkiyə Respublikasının Ümumdünya Poçt İttifaqının Baş direktoru cənab Bişar Hüseyn, Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və rabitə naziri cənab Əhməd Arslan, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri cənab Mahmud Vaezi, Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini cənab Rəşid İsmayılovla ikitərəfli görüşlər keçirilib.
 
Görüşlərdə  telekommuikasiya, poçt, peyk rabitəsi, yüksək texnologiyalar, genişzolaqlı internet sahələrində birgə əməkdaşlığa dair müzakirələr və fikir mübadilərsi aparılıb.
 
Azərbaycan nümayəndə heyəti tərəfindən Ümumdünya Poçt İttifaqının İstanbul (2016) Konqresində Azərbaycan Respublikasının adından bəyanat verilib. Bəyanat İttifaqın Baş Katibi Bişar A.Huseyn tərəfindən təsdiq olunan “Aktların imzası üzrə bəyannamələr” rəsmi sənədinə daxil edilib.
 
Bəyanatın mətni:
 
Azərbaycan Respublikası Ümumdünya Poçt İttifaqının tam hüquqlu üzv-ölkələrindən biridir və beynəlxalq səviyyədə tanınmış ölkə ərazisində Ümumdünya Poçt Konvensiyası və digər beynəlxalq hüquqi Aktlar çərçivəsində poçt xidmətlərini həyata keçirmək hüququna malikdir. Lakin, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 %-i, o cümlədən Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 inzibati rayon Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. Nəticədə işğal altındakı ərazidə  poçt xidmətlərinin göstərilməsində çətinliklər yaranmışdır.
 
Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin dərhal, tamamilə və qeyd-şərtsiz erməni işğalçı qüvvələrindən azad edilməsinə dair Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (30 aprel, 1993), 853 (29 iyun, 1993), 874 (14 oktyabr, 1993) və 884 (12 noyabr, 1993) saylı qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməmiş qalır.
 
İşğal nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatına, o cümlədən poçt sahəsinə külli miqdarda ziyan dəymişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üçün yaradılmış İşçi Qrupu tərəfindən hesablamalar aparılır.
 
Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərində Ümumdünya Poçt Konvensiyasının poçt markalarının dövriyyəsinə dair 8-ci maddənin müddəalarını yerinə yetirmək mümkün olmur və həmin ərazilərdə yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” adlanan qanunsuz rejim adından poçt markalarının buraxılması, həmçinin Ümumdünya Poçt İttifaqının Nizamnaməsinin 23-cü maddəsinə zidd olaraq qanunsuz poçt əməliyyatlarının həyata keçirilməsi halları davam edir.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası bir daha bəyan edir ki, Azərbaycan Respublikasının Hökuməti Ümumdünya Poçt İttifaqının müvafiq qaydaları əsasında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış bütün ərazisində, o cümlədən işğal altındakı ərazilərdə belə, poçt markalarının dövriyyəyə buraxılması, poçt əməliyyatlarının həyata keçirilməsi üçün yeganə qanuni strukturdur. Azərbaycan Respublikasının Hökumətinin icazəsi olmadan işğal edilmiş ərazilərdə hər hansı poçt əməliyyatları həyata keçirilə bilməz və belə hallar Azərbaycan Respublikasının milli qanunvericiliyinə, eləcə də bu sahədə mövcud olan beynəlxalq hüquq normalarına ziddir və heç bir hüquqi qüvvəyə malik deyildir.
 
Təəssüflə bildiririk ki, Ermənistan Respublikası tərəfındən işğal olunmuş ərazilərdə “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarının həyata keçirilməsi həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək mümkün deyildir.
 
Azərbaycan Respublikası “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarından irəli gələn hüquq və öhdəlikləri Ermənistan Respublikasına münasibətdə tətbiq etməmək hüququnu özündə saxlayır.






RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yaponiyanın İmperatoru Azərbaycan Prezidentinə məktub göndərib

27 May 2017 16:12

"Mançester Yunayted"də yeni müqavilə

27 May 2017 16:12

İsmayıllıda qayınatasını öldürən şəxsə hökm oxunub

27 May 2017 16:12

Nostradamusdan Türkiyə ilə bağlı DƏHŞƏTLİ PROQNOZLAR: Yunanıstan...

27 May 2017 16:12

Yaponiyanın İmperatoru Azərbaycan Prezidentinə məktub göndərib

27 May 2017 16:09

İrana ağır itki: general öldürüldü

27 May 2017 16:08

Amil Xəlil bu dəfə də Salyandan "Bura Vətəndir!" deyəcək...(FOTO,VİDEO)

27 May 2017 16:01

Putin və Ərdoğan nədən danışdılar? – Kreml açıqladı

27 May 2017 15:58

Körpəni kimin bu hala saldığına inanmaq olmur

27 May 2017 15:56

İran məşhur güləşçini edam etdi

27 May 2017 15:52

İlham Əliyev Efiopiya və Nepal prezidentlərini təbrik edib

27 May 2017 15:50

Mövludun arzusu GERÇƏK OLDU - FOTOLAR

27 May 2017 15:48

Populyar müğənninin 9 milyon manatlıq villası - FOTOLAR

27 May 2017 15:43

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 15:43

Bu da özünə milyonluq toy edən Xəyyamın özündən 16 yaş kiçik xanımı Nərmin

27 May 2017 15:40

Xalq artisti toyundan sonra - FOTO

27 May 2017 15:37

Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rənglərinə bürünəcək

27 May 2017 15:37

4 otaqlı ev yandı

27 May 2017 15:33

Kürdəmirdə bədii gimnastika üzrə 3-cü Kubok yarışı keçirilir (FOTO)

27 May 2017 15:29

Runi "Beşiktaş"da?

27 May 2017 15:27

Misir ordusu Liviyaya hava zərbələri endirdi

27 May 2017 15:27

Daha heç kim qızları zorlaya bilməyəcək – MÜDHİŞ İXTİRA

27 May 2017 15:23

İran Mosulda ən böyük itkisini verdi: General öldü

27 May 2017 15:22

Şəbnəmin qara "BMW"-si, əməkdar artist Zabit Səmədovla...

27 May 2017 15:19

Tanınmış müğənni 4 milyon dollara villa aldı

27 May 2017 15:14

"Fikirləşdim ki, mahnım İzzətə lazımdır, ya yox?" - Əməkdar artist - VİDEO - FOTO

27 May 2017 15:12

Kreml yeni müharibəyə nə vaxt başlayacaq? - Qələbə strategiyasına KEÇİD

27 May 2017 15:08

Gələcəyin sərnişinləri "BakuBus"da - FOTO

27 May 2017 15:05

"Fitch": OPEC-in qərarı neft qiymətlərini dəstəkləyə bilər

27 May 2017 15:02

Baş nazir corablarını göstərdi, öz həmcinsi ilə evlənən nazir isə...

27 May 2017 15:02

İslam Oyunlarında qalib gəlmiş tələbə idmançılarla görüş

27 May 2017 14:59

Azərbaycanda çadır TURİZMİ - İstədiyiniz yerdə ən ucuz tətil imkanı

27 May 2017 14:58

Sumqayıt sakininin ölüm işi ilə bağlı həbs edilən şəxslər azadlığa buraxılıb

27 May 2017 14:57

Dəhşətli qətlin betonla örtülmüş sirri 10 il sonra açıldı - FOTO

27 May 2017 14:57

Sevgilisi onu 32 dəfə bıçaqladı

27 May 2017 14:56

İdarə rəisləri, komandirlər işdən çıxarılır - Ermənistanda kütləvi ixtisarlar

27 May 2017 14:52

Min oyunda çıxan MƏKTƏBLİ RUS QIZLARI - Ehtiraslı FOTOLAR

27 May 2017 14:48

Baş prokuror Göygöldə vətəndaşları qəbul edib

27 May 2017 14:37

Mərhum yazar Mövlud Mövludun ölümünün DƏHŞƏTLİ TƏFƏRRÜATLARI - VİDEO - FOTO

27 May 2017 14:37

Azərbaycanın bölgələri üzrə

27 May 2017 14:35

DİM-dən sınaq imtahanları ilə bağlı AÇIQLAMA

27 May 2017 14:33

Qardaşlar birləşib bacılarını... - DƏHŞƏT (FOTO)

27 May 2017 14:33

Biləsuvarda sakinin həyətindən narkotik xassəli çətənə kolları, evindən qurudulmuş marixuana tapılıb

27 May 2017 14:32

“Qarabağ” Gürcüstan klubları ilə qarşılaşacaq

27 May 2017 14:32

Anasının məzarına gizli kamera qoydu

27 May 2017 14:31

Nazir: Azərbaycan idmançılarının beynəlxalq yarışlardakı uğuru Türkiyə xalqı üçün çox dəyərlidir (ÖZƏL)

27 May 2017 14:29

"Neft Daşları"na gedən helikopter məcburi eniş ETDİ: 18 nəfərdən heç biri...

27 May 2017 14:28

Toy ildönümü adları: "Alüminüm toy", "Taxta toy", "Daş toy"

27 May 2017 14:27

DİM 29 şəhər və rayonda sınaq imtahanı keçirib

27 May 2017 14:22

29 şəhər və rayonda sınaq imtahanı keçirilib

27 May 2017 14:22