Tələbələr GMO-ya "yox" dedilər - FOTO

Tələbələr GMO-ya "yox" dedilər - FOTO
19:37 7 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

"Müasir İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Genetik Modifikasiya Olunmuş məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili" layihəsi çərçivəsində növbəti tədbirini Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecində keçirib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin direktor müavini Nicat Göyüşlü təmsil etdiyi təhsil müəssisəsində görülən işlər barədə danışdı. O, belə tədbirlərin tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı. Direktor müavini asüdə vaxtların səmərəli təşkili üçün cari ildə nəzərdə tutulan işlərdən söz açdı, GMO-ya yox deyək adlı maarifləndirici tədbirin də bu qəbildən olduğunu iştirakçıların diqqətinə çatdırdı. 

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Mübariz Göyüşlü təşkilatın həyata keçirdiyi işlər barədə məlumat verdi. O, GMO-nun zərərlərindən və onun milli təhlükəsizliyimizə təhdid olmasından söhbət açdı. M.Göyüşlü ictimaiyyəti, xüsusən də ziyalıları bu problemlə fəal mübarizə aparmağa çağırdı. Layihə çərçivəsində buklet, kitab nəşr olunduğunu deyən çıxışçı gələcəkdə bu işlərin daha da genişləndirilməli olduğunu qeyd etdi. O, GMO-nun qanunla qadağan olunduğunu, prezident İlham Əliyevin bununla bağlı sərəncam imzaladığını bildirdi.

Gənc araşdırmaçı Nuran Gündüzoğlu slaydlı təqdimatla GMO-nun zərərləri və geni dəyişdirilərək istehsal olunan qidaların yarada biləcəyi problemlərdən ətraflı nitq söylədi.

İnşaat Kollecinin müəllimi Şahin Orucov GMO-nun zərərləri barədə tələbələrin məlumatlandırılmasını müsbət hal kimi qiymətləndirdiyini dedi.
Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Tamara Allahverdiyeva isə bu cür tədbirlərin keçirilməsinin çox önəmli olduğunu və tələbələrin daim belə tədbirlərdə fəal iştirak etmələrinin onların məlumat bazalarının genişləndirilməsinə kömək edəcəyi barədə fikir bildirdi.

Sonda təşkilati dəstəyə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbərliyinə, İnşaat Kollecinin direktoru Namiq Ağamalıyevə və AzMİU şəhərciyinin direktoru Aqşin Kərimova minnətdarlıq hissi ifadə olundu.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR