Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

PKK İstanbulda törədilmiş terror aktının məsuliyyətini üzərinə götürüb

PKK İstanbulda törədilmiş terror aktının məsuliyyətini üzərinə götürüb

Date: 7 October 2016 19:42

Bakı. 7 oktyabr. REPORT.AZ/ Terrorçu PKK qruplaşması oktyabrın 6-da İstanbulda törədilmiş terror aktının məsuliyyətini üzərinə götürüb.  
"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, hadisə İstanbul Şəhər Polis İdarəsinin Terrorizmlə mübarizə şöbəsi Yenibosna 75 il Polis Mərkəzi yaxınlığında törədilən terror aktı nəticəsində birinin vəziyyəti ağır olmaqla 10 nəfər yaralanıb. Polis məntəqəsinə hücum partlayıcı yüklənmiş iki motosiklet vasitəsilə törədilib.
Faktla bağlı terror aktı törətməkdə şübhəli bilinən terrorçu PKK qruplaşmasının silahlısı da daxil olmaqla 6 nəfər saxlanılıb. PKK-çı saxta şəxsiyyət vəsiqəsi ilə qaçmaq istəyərkən Aksaray əyalətində tutulub. Onların 3-ü İstanbulda, hadisəni törətmiş terrorçu PKK silahlısı və daha iki nəfər isə Aksarayda saxlanılıblar.

Tags:  PKK İstanbulda törədilmiş terror aktının məsuliyyətini üzərinə götürüb

RƏYLƏR


Top news