Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

3D printerdə avtomobil çap olundu - VİDEO

3D printerdə avtomobil çap olundu - VİDEO

Date: 7 October 2016 19:42

Çexiyadan olan dizayner Petr Xladek korpusu 3D-çap texnologiyasının köməyi ilə yaradılan və "4ekolka" adlanan avtomobil tərtib edib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, layihə müəllifi 3D printerin köməyi ilə elektromobil istehsalı prosesini ucuzlaşdırmağı planlaşdırır. Hazırda qənaətcil avtomobillərin qiyməti 30 min dollar səviyyəsindədir. Xladek onun analoqunu cəmi 12 min dollara yarada bilib.

O, sırf şəhər daxilində sürmək üçün ikiyerli "4ekolka" elektromobilini layihələndirib. Nəqliyyat vasitəsi cəmi 55 km/saat sürət yığır. Akkumulyatorunun gücü isə 200 km yolu qət etməyə bəs edir.

Additiv texnologiyanın (3D-çap) köməyi ilə yaradılan korpusu sayəsində avtomobil analoqlarından daha az çəkidədir.

Milli.Az


Tags:  printerdə avtomobil çap olundu VİDEO

RƏYLƏR


Top news