Azərbaycan Daşkənd Beynəlxalq Turizm yarmarkasında təmsil olunub

Azərbaycan Daşkənd Beynəlxalq Turizm yarmarkasında təmsil olunub
19:42 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 22-ci Beynəlxalq Turizm yarmarkasında təmsil olunub.
Azərbaycanın Özbəkistandakı səfirliyindən "Report"a verilən məlumata görə, ölkəmizi mötəbər sərgidə səfirlik və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib.
Azərbaycan stendində ölkəmizin turizm resursları, turizm mərkəzləri, marşurutları, hotellərə dair nəşrlər, milli mədəniyyətimizə, mədəni irsimizə dair materiallar, suvenirlər nümayiş etdirilib, qonaqlar milli şirniyatlarımıza qonaq ediliblər.
Sərgi-Yarmarkada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyi tərəfindən göndərilən çoxsaylı nəşrlər, buklet və broşurlar paylanılıb, "Möcuzəvi Naftalan" videoçarx nümayiş edilib, ölkəmizin turizmi, mədəniyyəti, milli mətbəxinə dair nəşrlər sərgilənib.
Bu ilki yarmarkada Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi turistlər üçün Azərbaycanın Bakı şəhərinə 1 həftəlik istirahət turu, Naftalan şəhərinə 10 günlük müalicə turlarını turistlərə təqdim edib.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/azerbaycan-daskend-beynelxalq-turizm-yarmarkasinda-temsil-olunub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR