Nazirlik ölkədə ən çox istifadə olunan elektron xidmətlərin statistikasını açıqlayıb

Nazirlik ölkədə ən çox istifadə olunan elektron xidmətlərin statistikasını açıqlayıb
19:52 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Elektron hökumət" portalında təqdim olunan elektron xidmətlərdən istifadə üzrə növbəti statistikanı açıqlayıb. 
Nazirlikdən "Report"a daxil olan məlumata görə, statistikaya əsasən, 2016-cı ilin yanvarın 1-dən oktyabırın 1-dək portalın təqdim etdiyi xidmətlərə müraciət sayı 13 mln. 562 min 257-yə olub.
Bu müddət ərzində "Elektron hökumət" portalı vasitəsi ilə bir neçə qurumun elektron xidmətlərinə daha çox müraciət olunub. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 4 mln. 491 min 884, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 4 mln. 245 min 812, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 mln. 047 min 190, Dövlət Gömrük Komitəsinin 316 min 085, Daxili İşlər Nazirliyinin elektron xidmətlarinə isə 54 min 737 müraciət qeydə alınıb.
Müşahidələr göstərir ki, sosial yönümlü elektron xidmətlərə maraq daha çoxdur. 3 rüb ərzində ƏƏSMN-in "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi" xidmətindən 1 mln. 408 min 190 dəfə istifadə edilib. Bu müddət ərzində qurumun ikinci ən çox istifadə olunan elektron xidməti isə "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir ki, bu xidmətdən 9 ay ərzində 1 milyon 203 min 524 dəfə istifadə edilib. Bu xidmət cari ilin fevral ayının 22-də elektronlaşdırılaraq portala inteqrasiya olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 9 ay ərzində ən çox istifadə olunan "Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” xidmətindən 1 mln. 814 min 016 dəfə istifadə edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətinə 2 mln. 024 min 616 dəfə müraciət qeydə alınıb. Qeyd edək ki, Mobil Nömrə Daşınması (MND) xidməti abunəçilərə mobil nömrələrini dəyişmədən istənilən digər mobil operator şəbəkəsinə qoşulmaq imkanı verir. Yəni abonentlər öz mobil nömrəsinin prefiksini dəyişmədən operatorunu dəyişə bilir. Bu xidmətdən istifadə etməklə isə istifadəçi zəng edəcəyi nömrənin hansı şəbəkəyə daşınması ilə bağlı məlumat əldə edə bilir.
Portalda 12 elektron xidməti ilə təmsil olunan Dövlət Gömrük Komitəsinin “Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə” xidmətinə 23 min 889 dəfə müraciət edilib. Qeyd edək ki, “Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilməsi” “Mənim idxal/ixrac əməliyyatlarım” adlı elektron xidmətlər də qurumun ən çox müraciət olunan xidmətlərindəndir.
Daxili İşlər Nazirliyinin təqdim etdiyi "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” adlı xidmətinə isə 9 ay ərzində 27 min 473 dəfə müraciət olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/nazirlik-olkede-en-cox-istifade-olunan-elektron-xidmetlerin-statistikasini-aciqlayib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR