Ağdaşda avtomobil ağaca çırpılıb, iki nəfər xəsarət alıb

Ağdaşda avtomobil ağaca çırpılıb, iki nəfər xəsarət alıb
20:02 7 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Ağdaş rayonunda baş verən qəzada avtomobil ağaca çırpılıb.
"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 232-ci km-də Ağdaş rayonunun Xosrov kəndi ərazisindən keçən hssəsində qeydə alınıb. 
Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Zamin Əjdər oğlu Əlizadə idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə Ağdaş istiqamətində hərəkət edən zaman idarəetməni itirərək yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini, həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Hariz Nuru oğlu Mehdiyev ağır bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 
Xəstəxanadan "Report"a verilən məlumata görə, hazırda xəstələrin vəziyyəti orta-ağır olaraq qalır. 
Faktla bağlı araşdırma aparılır.





Xəbərin orijinal ünvanı: http://report.az/hadise/agdasda-avtomobil-agaca-cirpilib-iki-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR